AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasov beynəlxalq elmi konfransda iştirak edib

01.06.2024 / Mühüm xəbərlər

29-30 may 2024-cü il tarixlərində Moskva şəhərində “Elm və texnologiya: məlumat mənbələri və inkişaf üçün analitik yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin və Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (ICSTI) təşkilatçılığı ilə keçirilən konfrans ICSTI-nin 55 illik yubileyinə həsr edilib.

 

Konfransın açılış tədbirində Rusiyanın ICSTI yanında səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Nəzarət və Audit Departamentinin direktoru Olqa Şamşina, Elm və ali təhsil nazirinin müavini Denis Sekirinski, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Qazaxıstan Respublikası Milli Dövlət Elmi-Texniki Ekspertiza Mərkəzinin İdarə Heyətinin sədri, akademik Arman Kairberlieviç Kaşkınbekov və Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin direktoru, texnika elmləri doktoru Yuri Valentinoviç Lonçakov çıxış ediblər.

 

Konfransda onlayn formatda çıxış edən akademik Əli Abbasov ICSTI əməkdaşlarını yubiley münasibətilə təbrik edib, bu mərkəzin XX əsrin ortalarından etibarən SSRİ - Rusiya Federasiyası ilə Şərqi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələri arasında elmi-texniki və iqtisadi əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. ICSTI-nın UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində elmi-texniki informasiyanın idarə olunması üçün texniki vasitə və üsulların işlənib hazırlanmasına və ötürülməsinə, informasiya sisteminin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına verdiyi töhfələri təqdirəlayiq hesab edib.

 

Ə.Abbasov müasir dövrdə informasiya təhlükəsizliyi, qlobal ekoloji böhran, sosial və beynəlxalq münasibətlərlə bağlı mövcud problemlərin müzakirəsi və həll yollarının tədqiqi baxımından ICSTI Səlahiyyətli Nümayəndələr Komitəsinin 76-cı iclası çərçivəsində keçirilən beynəlxalq elmi konfransın önəmini vurğulayıb. Hazırda sözügedən problemlərin həllində dünya elmi ictimaiyyətinin qarşısında duran vəzifələrdən bəhs edən akademik informasiya axınlarının idarə edilməsi üzrə “Dövlət-Özəl-Akademik” əməkdaşlıq modeli çərçivəsində yeni elmi və innovativ yanaşma metodlarının təklifinin zəruriliyindən söz açıb.

 

Ə.Abbasov 1969-cu ildə elm, texnologiya və biznes sahələrində beynəlxalq əməkdaşlığa dəstək göstərmək məqsədilə Moskvada yaradılmış mərkəzin informasiya resurslarının müxtəlif kontentləri özündə ehtiva edən coğrafi paylanmış verilənlər bazasından ibarət olduğunu bildirib. Müasir dövrdə gündən-günə artan və müxtəlif mənbələrdən generasiya olunan informasiyaların toplanması, emalı və istifadə üsullarını təkmilləşdirən, Big Data, Data Analytics, Machine learning, Deep learning və süni intellekt texnologiyalarına əsaslanan intellektual sistemlərin rolundan bəhs edib.

 

Qeyd edək ki, iki gün davam edən konfransda Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Monqolustan, Qırğızıstan, Pakistan və digər ölkələrin nümayəndələri iştirak edib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi