AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

04.06.2024 / Mühüm xəbərlər

26 may-1 iyun 2024-cü il tarixlərində Maltada “Tərs məsələlər: Modelləşdirmə və Simulyasiya” mövzusunda ənənəvi 11-ci beynəlxalq konfrans (The 11th International Conference Inverse Problems: Modeling and Simulation - IPMS2026) keçirilib. Konfrans “Tərs məsələlər üzrə Avrasiya Assosiasiyası (TMAA)”, həmçinin “Inverse Problems”, “Journal of Inverse and Ill-Posed Problems” və “Inverse Problems in Science and Engineering” kimi nüfuzlu beynəlxalq jurnalllar tərəfindən təşkil olunub.

 

Beynəlxalq konfransda AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, riyaziyyat elmləri doktoru, dosent Anar Rəhimov iştirak edib. A.Rəhimov Belçikanın Gent Universitetinin professoru Marian Slodiçkanın  dəvətilə “Evolyusiya tənlikləri və variasional bərabərsizliklər üçün tərs və idarəetmə məsələləri” (Inverse and Control Problems for Evolution Equations and Variational Inequalities) mini simpoziumunda dəvətli məruzəçi qismində çıxış edib.

 

“Parabolik tənlik üçün xüsusi mənbələrin bərpası tərs məsələlərinin ədədi həlli” (Numerical solution to an inverse problem of recovering source of a special type of parabolic equation) mövzusunda məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müxtəlif suallar cavablandırılıb.

 

Qeyd edək ki, dünyanın 35 ölkəsindən 240-dan çox nüfuzlu alimin qatıldığı konfransın proqramına 4 plenar məruzə və 17 mini simpozium çərçivəsində dəvətli məruzələr daxil edilib. Məruzələr 4 paralel seksiya iclaslarında təqdim edilib. Konfransın əsas məqsədi tərs məsələlər nəzəriyyəsində və onun müxtəlif tətbiqlərində ən son nailiyyətlərin dünya elmi ictimaiyyəti tərəfindən müzakirə edilməsi olub.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi