AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

28.06.2024 / Xəbərlər

27 iyun 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib. İclasda Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

 

İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, ilk mövzu ilə bağlı məruzə etmək üçün sözü İSİ-nin elmi katibi Zəhra Əzizovaya verib.

 

Z.Əzizova  institutun  II il əyani doktorantı Emin Mənsim oğlu Babayevə yeni elmi rəhbərin təyin olunması və dissertasiya işinin mövzusunun təsdiq edilməsi məsələləri ətrafında çıxış edib. Mövzu ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

 

Sonra Ə.Abbasov AMEA-nın həqiqi üzvü, r.e.d., professor, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyinin keçirilməsi ilə bağlı məsələni iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra institutun İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının müdiri, r.ü.f.d., dosent Gülçin Abdullayeva çıxış edərək görkəmli alim Cəlal Allahverdiyevin elmi və pedaqoji yaradıcılığından, Azərbyacan elminə bəxş etdiyi töhfələrdən ətraflı şəkildə söz açıb. Mövzu ilə bağlı, həmçinin akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə, professor Kamil Mənsimov və r.e.d İlqar Məmmədov çıxış edərək öz xatirələrini bölüşüblər. Elmi şura tərəfindən akademik Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyi haqqında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə yekdilliklə qərar qəbul edilib.

 

Sonda İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev cari ilin 6 ayı ərzində institutda görülmüş işlərin yekunlarına dair yarımillik hesabatı təqdim edib. E.Səbziyev əldə olunmuş elmi nəticələr, dərc olunmuş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələr və kadr hazırlığı haqqında geniş məlumat verib.

 

İnstitutun yarımillik hesabatı ətraflı müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi