AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Tokio Universitetində çıxış edib

18.12.2017 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar Tokyo Universitetinin professoru Masahiro Yamamotonun dəvətilə 2017-ci il dekabr ayının 11-dən 18-nə kimi Tokio Universitetində elmi ezamiyyətdə olmuşdur. Dəvətin məqsədi Tokio Universitetinin nəzdindəki Riyazi Elmlər Ali Məktəbi ilə tanış olmaq, elmi əlaqələri genişləndirmək və elmi seminarda məruzə etmək olmuşdur. A. Rəhimov elmi seminarda “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə ilə çıxış etmişdir. Bu barədə məlumat və məruzənin qısa məzmunu Tokyo Universitetinin rəsmi saytında yerləşdirilb:  www.ms.u-tokyo.ac.jp/seminar/2017/sem17-241_e.html

Məruzə qeyri-lokal şərtli parabolik tənliklə təsvir olunan tərs mənbə məsələlərinin ədədi həll üsullarının işlənməsinə həsr olunub. Alınmış yeni nəticələr, onların effektivliyi test məsələlər üzərində nümayiş etdirilib.

Seminarda Tokio Universitetinin alimlərindən başqa, həmçinin yapon əsilli, tanınmış alim, hal-hazirda ABŞ-in Şimali Korolina Dövlət Universitetinin professoru İto Kazufumi da iştirak edib, alınan nəticələri yüksək qiymətləndirib.

Azərbaycan alimi bu mövzu istiqamətində tərs məsələ qrupunun üzvləri ilə müzakirələr aparıb, gələcəkdə birgə əməkdaşlıq etmək barədə razılıq əldə olunub.

Seminar iştirakçılarının Azərbaycana marağını nəzərə alaraq, A. Rəhimov elmi məruzədən əvvəl iştirakçılar qarşısında təqdimatla (Country Paper Presentation) çıxış edərək, Respublikanın tanıdılması və təbliği məqsədilə ölkəmiz və onun nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İdarəetmə Sistemləri İnstitutunda əldə olunan nəticələrlə bağlı iştirakçılara məlumat verib.

A. Rəhimov ezamiyyət zamanı Riyazi Elmlər Ali Məktəbinin zəngin kitabxanası ilə tanış olub, digər seminarlarda da yaxından iştirak edib.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi