AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştrak ediblər

02.09.2024 / Xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun “Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları” laboratoriyasının müdiri, professor  Kamil Mənsimov və həmin laboratoriyanın aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev 27-29 avqust tarixlərində “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 9th International Conference on Control and Optimization with Industrial Applications COIA-2024) adlı 9-cu beynəlxalq elmi konfransda iştrak ediblər. Türkiyənin İstanbul Cerrahpaşa Universitetində hibrid formatda keçirilən konfrans Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İstanbul  Cerrahpaşa Universiteti, Ağrı İbrahim Çeçen Universiteti və  Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutub.

 

Konfransın açılış tədbirində Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım, İstanbul Cerrahpaşa Universitetinin rektor köməkçisi, professor Erol İncə, “Katoder” şirkətinin rəhbəri Sabiha Gül Doğan, konfransın təşkilat komitəsinin həmsədrləri akademik Fikrət Əliyev və Ahmet Ocak Akdemir çıxış ediblər.  

 

Konfransda Rəşad Məstəliyev professor Kamil Mənsimovla həmmüəllif olduğu  “Rosser tipli kəsilməz stoxastik optimal idarəetmə məsələsində Eyler tənliyinin analoqu və ikinci tərtib zəruri şərtlər”(Analog of the Euler equation and second order necessary optimality conditions for Rosser type continuous stochastic control problem) mövzusunda məruzə edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müxtəlif suallar cavablandırılıb. Həmçinin alınmış nəticələrin qərarların qəbul edilməsində, iqtisadi məsələlərin həllində, mürəkkəb texniki sistemlərin layihələndirilməsində və digər praktiki sahələrdə tətbiqinin mümkünlüyü müzakirə edilib.

 

Ənənəvi olaraq təşkil olunan və üç gün davam edən tədbirdə idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər tərəfindən idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparılıb. 

 

Konfransda dünyanın 30-dan artıq ölkəsindən 200-dən çox riyaziyyatçı alim və ekspert, o cümlədən optimal və idarəetmə sahəsində çalışan 7 dəvətli məruzəçi iştirak edib.

 

Qeyd edək ki, ilk dəfə olaraq IEEE Türkiyə Bölməsinin texniki dəstəyi ilə keçirilən COIA-2024 konfransına qəbul edilmiş məqalələrin IEEE Xplore elektron kitabxanasına daxil edilməsi nəzərdə tutulur. Qəbul edilmiş və konfransda məruzə olunan bütün məqalələr, həmçinin Web of Science: Conference Proceedings Citation Index bazasında  indekslənmək üçün təqdim olunacaq.

Tweet
ELANLAR
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 14.05.2025
    2025-ci il üçün doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi