AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

02.09.2024 / Xəbərlər

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı nisbətən azalmışdır. Maksimal sinifli alışma 3806 regionunda baş vermiş M5.5 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2 səviyyəli fasilələr qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq  10 ləkə qrupunda 156 ləkə və geoeffektiv olmayan Tac dəlikləri müşahidə olunur. Həftə ərzində bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır, son alışmaya bağlı baş vermiş TKA-nın Yerə deyil, Veneraya təsir göstərəcəyi proqnozlaşdırılır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 498 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -14 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (397 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.4 nT, radial istiqamətdə isə  0.3 nT təşkil edir. Kp indeksi 2-ə bərabərdir və kosmik hava sakitdir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin intensivliyi TKA-ın təsiri ilə 28 avqustda  qısa müddətli G2, 30-31 avqustda isə fasilələrlə G1 səviyyəsinə yüksəlmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (02-08 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 02-04 sentyabr tarixlərində baş vermiş M5.5 sinifli alışma ilə əlaqəli olaraq S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin Günəş küləyinin sürəti də alışmanın təsiri ilə yüksələ bilər.

Geomaqnit sahəsinin sakit-aktiv səviyyələrdə olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.

science.gov.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi