AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

18.10.2024 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev 16-18 oktyabr 2024-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Avropa-Asiya Nəqliyyat Körpüsü” (Transport Bridge Europe-Asia – TBEA2024) adlı 8-ci Gürcüstan-Polşa Beynəlxalq Elmi Konfransında iştirak edib.

 

Konfransın açılış tədbirində çıxış edən T.Babayev Avropa-Asiya regionunda nəqliyyat infrastrukturlarının yaradılması və istismarı problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın önəmindən bəhs edib, sözügedən sahədə geniş spektrli məsələlərin müzakirəsi üçün mühüm elmi müzakirə platforması olduğunu bildirib.

 

Tofiq Babayev konfransın növbəti günü “Gürcüstanda ticarət və nəqliyyat dəhlizlərinin rəqəmsallaşmasının ən yaxşı təcrübələri” (Best Practices of Trade and Transport Corridors Digitalization in Georgia) adlı təqdimatla çıxış edib, mövzu əıtrafında müzakirələr aparılıb. Alim, həmçinin 2025-ci ilin 15-17 may tarixlərində İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 4-cü beynəlxalq Konfransın (PLMO2025) keçiriləcəyi barədə məlumat verib, konfransa təqdim edilən məruzələrin IEEE bazasında yerləşdiriləcəyini bildirib.

 

Qeyd edək ki, konfransın əsas mövzuları müasir infrastruktur və nəqliyyatla bağlı bütün əsas problemləri, o cümlədən avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatının mövcud vəziyyəti, problemləri və inkişaf tendensiyalarını, multimodal, intermodal və birləşmiş nəqliyyat proseslərinin idarəetmə və iqtisadi aspektlərini əhatə edir.

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi