AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun nümayəndə heyəti beynəlxalq sammitdə iştirak edib

18.11.2024 / Mühüm xəbərlər

6 noyabr 2024-cü il tarixində Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təşkilatçılığı ilə “World Space Leaders Summit” keçirilib. Sammitdə dünyanın qabaqcıl 40 ölkəsinin aerokosmik şirkət və dövlət müəssisələrinin, o cümlədən AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun nümayəndə heyəti iştirak edib. Tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində COP29 tələblərinə cavab verən fəaliyyət növləri barədə danışıqlar aparılıb, “COP29 Impact and Output: International Pledge for Space-Based Climate Action” adlı razılıq sənədi təsdiqlənib. 

 

Azərkosmosun rəhbərliyi ilə keçirilən tədbir çərçivəsində “Kosmosdan Yerə: Dəyişən İqlimdə Məlumata əsaslanan qərarların qəbulu" (From Space to Earth: Data-Driven Decision Making in a Changing Climate) adlı panel sessiyada plenar məruzəçi qismində çıxış edən İSİ-nin baş direktoru, akademik Əli Abbasov Azərbaycanda qlobal iqlim dəyişikliklərilə bağlı problemlərin həlli istiqamətində kosmik və peyk texnologiyalarının tətbiqindən bəhs edib. Son on ildə sözügedən sahədə görülmüş işlər barədə ətraflı məlumat verən Ə.Abbasov Azərbaycanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Çin Milli Aerokosmik Administrasiyası (CNSA) ilə əməkdaşlıq əlaqələrindən və qlobal təşəbbüslərdə iştirakından danışıb. 

 

Ətraf mühitin mühafizəsi istiqamətində  Azərbaycan alimləri tərəfindən həyata keçirilən işlərdən söz açan Ə.Abbasov məlumata əsaslanan qərarların qəbulu ilə bağlı müxtəlif sektorlar üçün məlumatlar təqdim edən uzaqdan zondlama, süni intellektlə idarə olunan modellər və IoT cihazları kimi peyk texnologiyalarının inteqrasiyası barədə danışıb. Bildirib ki, hazırda ölkəmizdə qeyri-səlis məntiq və neyroşəbəkələri peyk məlumatları ilə birləşdirərək kənd təsərrüfatı sahəsində qlobal problemləri həll edən intellektual idarəetmə sistemləri hazırlanaraq tətbiq edilir. Yerin Müşahidəsi (EO) texnologiyaları yerli, regional və qlobal miqyasda iqlim dəyişikliyinin təsirlərini izləmək və proqnozlaşdırmaq üçün kosmik məlumatların istifadəsində əsas rol oynayır. Bu texnologiyalar Azərbaycan da daxil olmaqla ölkələrə mövcud problemləri qiymətləndirməyə kömək edə biləcək genişmiqyaslı və dəqiq məlumatlar təqdim edir.

 

Ə.Abbasov Qara dəniz, Anadolu, Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya vasitəsilə Avropa və Asiyanı birləşdirən fiber-optik kabellərin transformativ şəbəkəsi olan Rəqəmsal İpək Yolu layihəsi layihəsindən söz açıb. Akademik, həmçinin Azərbaycan Milli Aviasiya Akademiyası tərəfindən neft-qaz hasilatı zamanı baş verən çirklənmələrin su səthində məsafədən zondlanması üçün LIDAR texnologiyasının tətbiqi barədə tədbir iştirakçılarına məlumat verib.

 

Çıxışının sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinin önəmini vurğulayan Ə.Abbasov ətraf mühitin mühafizəsi istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi