Akademik Asəf Haciyev Singapore Milli Universitetinin (NUS-National University of Singapore) Riyaziyyat İnstitutunun dəvəti ilə elmi ezamiyyətdə olmuşdur
30.07.2018 / XəbərlərAMEA-nin İdarə etmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Haciyev 26-30 İyul 2018-ci il tarixlərində Singapore Milli Universitetinin (NUS-National University of Singapore) Riyaziyyat İnstitutunun dəvəti ilə elmi ezamiyyətdə olmuşdu.
27 İyul Asəf Haciyev Singapore Milli Universitetinin Riyaziyyat və Statistika İnsitutlarının birgə seminarında “Ehtimal nəzəriyyəsinin müasir problemləri və tətbiqi” məruzə ilə çıxış etmişdi və tanınmış riyaziyyatçı, Louis Chen ilə birgə elmi araşdırmalar aparmağı müzakirə etmişdi.