
Aktau yaxınlığında faciəli şəkildə həlak olanların xatirəsini ehtiramla yad edirik
26.12.2024 / Mühüm xəbərlər
25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı istiqamətində uçan “Azərbaycan Hava Yolları” şirkətinə məxsus “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qəza nəticəsində 30-dan çox insan həlak olub, yaralananlar var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, bu gün qəzaya uğrayanların xatirəsini yad etmək məqsədilə ölkə ərazisində matəm elan edilib.
Faciəli şəkildə həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.
Allah rəhmət eləsin!


