AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

06.02.2025 / Mühüm xəbərlər

6 fevral 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib. İclasda Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

 

İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Ə.Abbasov cari ildə AMEA-nın müşaviri, akademik Telman Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında məruzə edib. Qeyd edib ki, 1988-2020-ci illərdə  İdarəetmə Sistemləri İnstitutuna rəhbərlik etmiş görkəmli alim, akademik Telman Əliyev dünya miqyasında, o cümlədən ölkəmizdə informatika elminin inkişafına mühüm töhfələr bəxş etmişdir. T.Əliyevin İSİ-yə rəhbərlik etdiyi uzun illər ərzində həyata keçirdiyi fundamental tədqiqatlardan bəhs edən akademik sözügedən məsələnin icrası istiqamətində komissiyanın yaradılmasını təklif edib. Akademik 2025-ci ildə, həmçinin İdarəetmə Sistemləri İnstitutunun 70 illik yubileyinin qeyd olunacağını bildirib, qarşıda duran vəzifələri nəzərə çatdırıb. Açıq səsvermə keçirilərək yekdilliklə qərar qəbul olunub. 

 

Ə.Abbasov İSİ-nin Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının elmi işçisi Rüstəm Əzimovun ölkə başçısının 31 yanvar 2025-ci il tarixli “2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncamına əsasən Prezident mükafatına layiq görülməsi haqqında məruzə edib. O, dövlət başçısının 2013-cü il 2 iyul tarixli sərəncamı ilə təsis edilən bu mükafatın elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə verildiyini bildirib. Ə.Abbasov ölkəmizdə gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən gənclər siyasətindən bəhs edib, elmin inkişafına göstərilən xüsusi dövlət qayğısına görə İSİ-nin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.  

 

Sonra çıxış edən R.Əzimov elmi məhsuldar fəaliyyətinin nəticəsi olaraq ölkə rəhbərliyi tərəfindən Gənclər üçün Prezident mükafatına layiq görülməsinin böyük şərəf olduğunu bildirib. R.Əzimov göstərilən diqqət və qayğıya görə İSİ rəhbərliyinə, bütün kollektivə və xüsusi olaraq elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadəyə təşəkkürünü ifadə edib.

 

Daha sonra İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev 2025-ci il üçün İSİ-də aparılacaq elmi tədqiqat işlərinin əhatəli planının təsdiqi haqqında məruzə edib. Məsələ ətrafında şura üzvləri tərəfindən geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək tədqiqat planı yekdilliklə təsdiq olunub.

 

Sonra İSİ-nin Elmi katibi Zəhra Əzizova çıxış edərək 2024-cü ildə institutun elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul edilmiş Asif Ziyadxan oğlu Əliyevin qiyabi doktoranturaya keçirilməsi, elmi məsləhətçi və dissertasiya mövzusunun təsdiq olunması haqqında məruzə edib. Z.Əzizova, həmçinin institutun fəlsəfə doktoru proqramı üzrə doktoranturasına və dissertanturasına qəbul olunan doktorantların və dissertantların fərdi iş planlarının təsdiq olunması haqqında məsələni diqqətə çatdırıb.

 

Daha sonra E.Səbziyev İdarəetmə Sistemləri İnstitutunun alimlərinin  elmmetrik bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələrin sayının artırılması istiqamətində həyata keçiriləcək işlərdən bəhs edib, qarşıda duran vəzifələri nəzərə çatdırıb.  

 

Sonda gündəlikdən irəli gələn bir sıra cari məsələlər müzakirə olunub və qərarlar qəbul edilib. 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi