AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

18.02.2025 / Mühüm xəbərlər

18 fevral 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib.


İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gündəlikdən irəli gələn ilk məsələ ətrafında çıxış edən Ə.Abbasov cari ildə AMEA-nın müşaviri, akademik Telman Əliyevin 90 illik, İdarəetmə Sistemləri İnstitutunun isə 65 illik yubileylərinin keçirilməsi istiqamətində qarşıda duran vəzifələri nəzərə çatdırıb, müvafiq tapşırıqlarını səsləndirib. Məsələ ilə bağlı Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə yekdilliklə qərar qəbul edilib.

Akademik, həmçinin İSİ-nin laboratoriya müdiri, r.e.d., professor, Əməkdar müəllim Knyaz Məmmədovun 75 illik yubileyinin keçirilməsi barədə məruzə edib. O, uzun illər İSİ-də çalışan dəyərli alimin çoxşaxəli elmi fəaliyyəti, mühüm elmi nailiyyətləri və nəcib insani keyfiyyətlərindən söz açıb. Şura üzvləri tərəfindən səsvermə keçirilərək məsələ ilə bağlı Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə yekdilliklə qərar qəbul edilib.

Sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva çıxış edərək institutun elmlər doktoru proqramı üzrə I il doktorantı Asif Əliyevin fərdi iş planının təsdiq olunması, fəlsəfə doktoru proqramı üzrə II il doktorantları Zümrüd Rəhmanovanın doktoranturaya bərpa edilməsi və Nüsrət Əliyevə yeni elmi rəhbər və dissertasiya mövzusunun təsdiq olunması məsələlərilə bağlı məruzə edib. Şura üzvləri tərəfindən müzakirələr aparılıb, səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.

Sonda gündəlikdən irəli gələn bir sıra cari məsələlərə baxılıb.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi