AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Murad Ömərovla görüş keçirilib

19.02.2025 / Mühüm xəbərlər

17 fevral 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan əsilli Ukrayna alimi, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Belarus, Rusiya və Ukrayna Tətbiqi Radioelektronika Akademiyasının akademiki, Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Xarkov vilayəti "Azərbaycan-Ukrayna dostluq cəmiyyəti" idarə heyətinin sədri, professor Murad Ömərovla görüş keçirilib.

 

Əvvəlcə akademik Əli Abbasov rəhbərlik etdiyi elmi müəssisənin tarixi, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, institutda həyata keçirilən elmi-tədqiqat işlərindən və əldə olunan mühüm elmi nəticələrdən bəhs edib. Akademik, həmçinin Xarkov Milli Radioelektronika Universitetinin alimlərini cari ildə İSİ-nin təşkilatçılığı ilə  keçiriləcək “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 4-cü Beynəlxalq Konfransda (PLMO2025) iştirak etməyə dəvət edib.

 

Sonra çıxış edən professor Murad Ömərov İdarəetmə Sistemləri İnstitutu kimi qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkədə elm və təhsilin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, bu istiqamətdə qarşıda duran vəzifələrdən bəhs edib.

 

Görüş çərçivəsində sözügedən müəssisələr arasında birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, beynəlxalq konfransların təşkili və kadr hazırlığı sahələrində davamlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin İdarəetmə Sistemləri İnstitutu və Xarkov Milli Radioelektronika Universiteti arasında əməkdaşlıq barədə anlaşma memorandumunun imzalanması üçün razılıq əldə edilib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi