AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dinamik obyektlərin adaptiv idarə edilməsi üçün qeyri-səlis modellər sistemi işlənilmişdir

20.02.2025 / Mühüm xəbərlər

2024-cü ildə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) İdarəetmənin nəzəri və tətbiqi problemləri istiqaməti üzrə alınan mühüm elmi nəticələrdən biri də professor Ramin Rzayev tərəfindən “Dinamik obyektlərin adaptiv idarə edilməsi və qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsinin informasiya dəstəyi üçün qeyri-səlis modellər sistemi”nin işlənməsi olmuşdur.

 

Qeyri-müəyyənlik şəraitində dinamik obyektlərin adaptiv idarə edilməsi problemi idarəetmənin ümumi problemində əsas yerlərdən birini tutur. Hazırda bu cür problemlərin həlli informasiya emalının intellektual vasitələrini özündə ehtiva edən yeni informasiya texnologiyalarının tətbiqi əsasında mümkündür. Müasir informasiya texnologiyalarında belə vasitələr qeyri-səlis riyaziyyat və qeyri-səlis məntiqin metod və modelləri ilə birləşməsində prinsipial olaraq yeni aparat və proqram təminatı yaratmağa imkan verən neyron şəbəkələridir. Bu vasitələr qeyri-müəyyənlik şəraitində həll edilə bilən idarəetmə problemlərinin siniflərini əhəmiyyətli dərəcədə genişləndirməyə, xüsusən də proqnozlaşdırma və identifikasiya problemlərini həll etməyə imkan verir.

 

Tədqiqat zamanı qeyri-səlis riyazi əməliyyatların neyron şəbəkənin məntiqi bazisində realizə edilməsi üsulları və alqoritmləri işlənilmişdir. Bu da belə əməliyyatların dəqiqliyini, obyektivliyini əhəmiyyətli dərəcədə artırmağa və müəyyən tətbiq olunan məsələlərin həlli zamanı qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsinin effektivliyini təmin etməyə imkan vermişdir.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi