
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçirilib
26.02.2025 / Mühüm xəbərlər
25 fevral 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi seminarı keçirilib. İclasda İSİ-nin “Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi” laboratoriyasının kiçik elmi işçisi, institutun fəlsəfə doktoru proqramı üzrə dissertantı Ülviyyə Göyüşova “Şəkillərin müqayisəsi üsulları haqqında” adlı mövzuda məruzə edib.
Məruzəçi şəkillərin müxtəlif müqayisəsi üsulları və tətbiq sahələrindən bəhs etmiş və şəkillərin müqayisəsi üçün təklif etdiyi xüsusiyyətlərin çıxarılması ilə müqayisəsinin aparılması alqoritmi barədə geniş məlumat vermişdir. Məruzədə təklif edilmiş alqoritmə əsasən, qurulmuş proqramın nəticələri, qarşıya çıxan problemlər, problemlərin yaranma səbəbələri və aradan qaldırılması üçün atılan addımlar barədə məlumat verilib. Məruzə tədbir iştiraçıları tərəfindən maraqla qarşılanıb, müvzu ətrafında müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, seminarda İSİ-də istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin SABAH qruplarında "Kompüter elmləri" ixtisası üzrə təhsil alan tələbələri də iştirak ediblər.


