AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans öz işinə başlayıb

13.03.2025 / Mühüm xəbərlər

Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP- 2025, 13-15 mart) keçirilir.

 

BMU, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu ilə yanaşı, ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE),   Türkiyənin Ege, Macarıstanın Debrecen universitetləri, Ukraynanın Kibernetika İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

 

Konfransda açılış nitqi ilə çıxış edən BMU rektoru Yaqub Piriyev qonaqları salamlayaraq Türkiyə, Ukrayna,  Qazaxıstan, Azərbaycan, Macarıstan, Polşa, Gürcüstan və digər ölkələrin universitet təmsilçiləri, eləcə də nüfuzlu alimlərin qatıldığı tədbirin təkcə mühəndislik elmləri sahəsində qazanılan nailiyyətlərin paylaşılması deyil, həm də ölkələrarası əlaqələrin möhkəmləndirilməsində mühüm bir platforma, gələcək əməkdaşlıqlar üçün körpü olduğunu bildirib. Azərbaycan təhsili və elminin hazırkı əsas vəzifələrindən danışan rektor qloballaşan dünyanın müasir çağırışları, ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurətinin Azərbaycan elmi qarşısında yeni tələblər qoyduğunu deyib və Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı Dövlət Proqramlarını diqqətə çatdırıb.

 

Rektor elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələrin bir araya gəldiyi konfransa yerli, eləcə də 17 xarici ölkə alimləri tərəfindən ümumilikdə 321 məqalənin təqdim olunduğunu və onlardan 180-nin qəbul edildiyini söyləyib. Eyni zamanda, qida sənayesinin problemlərindən tutmuş süni intellektin və mühəndisliyin ən geniş problemlərinə dair ətraflı müzakirələrin konfransın işinə böyük töhfələr verəcəyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

 

Sonra çıxış edən İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov konfransın mühəndisliyin aparıcı sahələrinin problemlərinin araşdırılması baxımından önəmini nəzərə çatdırıb, elmi məruzələrin gələcək tədqiqatlar üçün baza rolunu oynayacağını qeyd ediblər.

 

Plenar sessiyada Səudiyyə Ərəbistanı KAPSARC tədqiqat mərkəzinin professoru Fateh Belaid, Avstriya Johannes Kepler Universitetinin professoru Johannes Reichl məruzələrlə çıxış ediblər.

 

Əsas istiqamətlər üzrə bölmələrdə işini davam etdirən konfransın ikinci günündə Estoniyanın Tartu Universitetinin professoru Sedat Akleylek, İtaliyanın Palermo Universitetinin professoru Calogero Vetro və Hindistanın Rajagiri Texnologiya Məktəbinin professoru Sunny Joseph Kalayathankalanın məruzələri dinləniləcək.

 

Martın 15-də başa çatacaq konfransın materialları Scopus və Web of Science-ə daxil olan ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun bazasında indeksləşəcək.

beu.edu.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi