AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasov: Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır

16.04.2025 / Mühüm xəbərlər

Bu sözləri AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru akademik Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Gününə və Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın həyat və yaradıcılığına həsr edilən tədbirində səsləndirib.

 

Ə.Abbasov tədbirdə İdarəetmə Sistemləri İnstitutunda süni intellekt metodları vasitəsilə milli dil modelinə əsaslanan virtual köməkçi və ChatGPT-dən istifadə edərək yaradılmış yazıçı Anarın portretini və onun yaradıcılığına uyğunlaşdırılaraq yazılmış “Sonuncu sərnişin” hekayəsini təqdim edib. Həmçinin dərin öyrənmə əsasında yazılan hekayə yazıçının səsinin süni intellekt vasitəsilə generasiya olunmaqla səsləndirilmişdir.

 

“Süni intellektin bədii yaradıcılıqda rolu” mövzusunda məruzə edən akademik müasir dövrdə insan həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz edən süni intellekt texnologiyalarının inkişafı və müxtəlif elmi istiqamətlərə, xüsusilə ədəbiyyata təsirindən bəhs edib. Azərbaycanda süni intellekt texnologiyalarının inkişafına xüsusi diqqət göstərildiyini qeyd edən alim Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən söz açıb.  

 

Süni intellekt texnologiyalarının ədəbiyyat və incəsənət sahələrində tətbiqinin müsbət və mənfi cəhətlərindən söz açan Ə.Abbasov bildirib ki, hazırda dünya miqyasında süni intellektin müəllifi olduğu əsərlərə olan tələbat heç də az deyil. Lakin burada diqqət yetirilməli nüanslardan biri də yazıçı və şairlər üçün yaranan iqtisadi, sosial, etik və ədəbi təhdidlərin qarşısının alınmasıdır. Belə ki, süni intellekt vasitəsilə müxtəlif janrlarda mətnlər yaradılmasının inkişafı müəlliflik və əqli mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Yəni, süni intellekt alqoritmləri mövcud mətnlər əsasında öyrədilir ki, bu da orijinal baxış və unikal müəllif səsi olmadan mövcud üslub və ideyaların tərtibatı olan mətnlərin yaradılmasına gətirib çıxarır. Oxucuların süni intellekt tərəfindən yaradılan mətnlərə alışması isə daha mürəkkəb, dərin və eksperimental ədəbiyyata marağın azalmasına səbəb ola bilər.

 

Ə.Abbasov, həmçinin süni intellektin әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri olan ədəbi tənqid sahəsinə tətbiqindən söz açıb. Qeyd edib ki, ənənəvi ədəbi tənqid metodları süni intellekt tərəfindən yaradılan mətnlərin qiymətləndirilməsində effektiv rol oynaya bilməz. Süni intellektin inkişafı ilə yaradılan ədəbiyyatı təhlil etmək və qiymətləndirmək yeni alətlər və yanaşmalar tələb edir.

 

Yaxın onillikdə gözlənilən süni intellektin insanlar üzərindəki üstünlüyündən bəhs edən akademik avtonom süni intellekt sistemlərinin inkişafının onların qəbul etdiyi qərarların insan nəzarətindən kənara çıxması ilə nəticələnə biləcəyini qeyd edib. Beləliklə, virtual aləmdə avtonom süni intellekt sistemlərinin subyektləri ilə insan tərəfindən idarə olunan sistemlər arasında rəqəmsal münaqişələr yarana bilər ki, bu da qlobal informasiya müharibəsinə çevrilə bilər.

 

Akademik bildirib ki, bütün bu təhdidlərə baxmayaraq süni intellekt texnologiyalarının ədəbiyyata tətbiqi yeni ideyaların yaranması, yazıçı blokadasının aradan qaldırılması, tərcümə alətlərinin təkmilləşdirilməsi, yeni metodların aşkarlanması, həmçinin böyük həcmdə mətnlərin təhlili üçün yazıçı və şairlərə geniş imkanlar yaradır. Bu səbəbdən ədəbi ictimaiyyətin nümayəndələri potensial təhdidləri dərk edərək insan yaradıcılığının dəyərini qorumaq, gələcək inkişafını təmin etmək üçün süni intellektin inkişafı ilə bağlı etik və praktik məsələlərin müzakirəsində fəal iştirakına ehtiyac duyulur. Sözügedən məsələlərin öz həllini tapmasında qarşıda duran məqsədlərdən söz açan Ə.Abbasov bu sahədə AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyi tərəfindən birgə layihələr icra olunmasının önəmini vurğulayıb.

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi