AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

05.05.2025 / Maraqlı məlumatlar

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d., dosent Aygün Əliyeva, r.e.d., dosent Anar Rəhimov və elmi işçi Səyyarə Hidayətzadə SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfranslarının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimində dəvətli münsif qismində iştirak ediblər.

 

BANM-ın rektoru Elmar Qasımov çıxışında bildirib ki, bu cür beynəlxalq miqyaslı elmi tədbirlər gənc tədqiqatçıların inkişafı və elmi potensiallarının reallaşması baxımından mühüm platformadır. O, tədbirin yüksək səviyyədə təşkilinə görə tərəfdaş qurumlara və bütün iştirakçılara təşəkkürünü bildirib.

 

Öz növbəsində BANM-ın Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova iştirakçıların yüksək elmi səviyyədə hazırladığı məruzələrin konfransın ümumi keyfiyyətinə töhfə verdiyini vurğulayıb.

 

Qeyd olunub ki, builki konfranslara yerli və xarici gənc tədqiqatçıdan 340 müraciət daxil olub. Müraciətlərdən 300-ü müsbət rəy alıb ki, bu da ümumi müraciətlərin 88 faizini təşkil edir. BANM-dan isə 198 #tələbə və gənc tədqiqatçı bu mühüm elmi tədbirə qoşulub.

 

“SOCAR Downstream Management” şirkətinin baş direktorun müşaviri Rasim İbrahimov, eləcə də "PAŞA Sığorta" şirkətinin Məlumat Bazası İdarəetmə Şöbəsinin rəhbəri Faiq Nəsirli çıxış ediblər. Çıxışçılar tədbirin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu cür elmi platformalar tələbə və gənc tədqiqatçıların #bilik və bacarıqlarını nümayiş etdirmələri, eləcə də #sənaye mütəxəssisləri ilə birbaşa əlaqə yaratmaları baxımından olduqca dəyərlidir.

 

Daha sonra “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzuları üzrə qaliblər müəyyənləşib.

 

Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu (Gəncə), Sumqayıt Dövlət Universiteti, AR ETN Neft-Kimya Prosesləri İnstitutu, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universiteti, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Qərbi Kaspi Universitetinin qalib olan tələbələri və gənc tədqiqatçıları mükafatlandırılıb.

bhos.edu.az

Tweet
ELANLAR
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 06.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi