AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq ekspert seçilib

27.05.2025 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev Asiya İnkişaf Bankı tərəfindən elan edilmiş tenderdə “Digital CAREC: National e-Logistics Platforms and Digitalization of Transport Corridors in CAREC countries” adlı  CAREC İnstitutuna dəstək layihəsinin yerinə yetirilməsi üçün Beynəlxalq Ekspert seçilib.

 

Layihənin əsas məqsədi Azərbaycan da daxil olmaqla seçilmiş 5 CAREC (Central Asia Regional Economic Cooperation) ölkəsi: Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanda nəqliyyat və logistika sektorlarının rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi və təhlil edilməsi, milli e-Logistika platformalarının yaradılması, CAREC nəqliyyat dəhlizlərinin milli seqmentlərinin səmərəli rəqəmsallaşdırılması üçün milli elektron logistika platformalarının yaradılmasına, onların transsərhəd əlaqəsinə fərdi yanaşmaların hazırlanmasıdır. Layihənin yerinə yetirilməsi üçün bir beynəlxalq ekspert və iştirakçı  ölkələrin hər birindən bir milli ekspert cəlb edilmişdir.

 

Beynəlxalq ekspertin əsas vəzifələrinə aşağıdakılar aiddir:

  1. CAREC regionunda seçilmiş ölkələrdə ticarət və nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması ilə bağlı ədəbiyyatı ətraflı və hərtərəfli nəzərdən keçirmək, ən yaxşı beynəlxalq təcrübələri və təchizat zəncirlərinin və nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasına müasir yanaşmaları nəzərdən keçirmək;
  2. Tədqiqat metodologiyasını işləyib hazırlamaq;
  3. Mövcud Nəqliyyat Logistika Sistemlərininin (NLS) rəqəmsallaşdırma proqramlarını təhlil etmək, NLS-lərin  rəqəmsallaşdırılması səviyyəsini qiymətləndirmək və onların əsas CAREC nəqliyyat dəhlizlərinin milli seqmentlərinin rəqəmsallaşdırılmasına hazırlığını qiymətləndirmək;
  4. Seçilmiş ölkələrdə milli e-logistika platforması layihələrinin həyata keçirilməsi üçün tövsiyələr vermək, milli seqmentlərin rəqəmsallaşdırılması üçün əsas prinsipləri və texnoloji yanaşmaları işləyib hazırlamaq;
  5. Rəqəmsal infrastruktur komponentləri və təklif olunan texniki yardım və potensialın gücləndirilməsi üzrə tövsiyələr təqdim etmək.

 

Qeyd edək ki, layihənin 4 ay ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi