AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib

02.06.2025 / Mühüm xəbərlər

30 may 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadə, Thessaly Universitetinin Texnologiya Məktəbinin Ətraf Mühit Elmləri Bölməsinin professoru Providas Efthimios və digər əməkdaşlar iştirak ediblər.

 

Görüşün əsas məqsədi Avropa Komissiyasının ERASMUS+ (Action KA171) akademik mobillik qrant proqramına İSİ və Thesally Universiteti tərəfindən təqdim olunan və qalib layihələr siyahısına daxil edilən “Ali təhsil tələbələri və işçi heyəti üçün mobillik” layihəsi ilə bağlı müzakirələrin aparılması olmuşdur.

 

Əvvəlcə akademik Əli Abbasov qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq institutda həyata keçirilən fundamental elmi tədqiqatlar və layihələrdən söz açıb, cari ildə optimallaşdırma və modelləşdirmə sahələrində əldə olunan mühüm elmi nəticələrdən bəhs edib. Akademik, həmçinin institutun nəzdində fəaliyyət göstərən, elm və sənaye arasında körpü rolu oynayan Xüsusi Konstruktor Bürosu (XKB) barədə qonaqlara ətraflı məlumat verib.

 

Son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin icrasında Azərbaycanın aktiv rola malik olduğunu bildirən Ə.Abbasov hazırda ölkə başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətdən söz açıb. AR Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi baxımından nəticələrindən bəhs edən akademik “Bir Kəmər, Bir Yol” iqtisadi inkişaf strategiyasının növbəti pilləsinin dəhlizlərin rəqəmsallaşdırılması olduğunu bildirib.

 

İdarəetmə Sistemləri İnstitutu ilə dünyanın  müxtəlif qabaqcıl elmi-tədqiqat müəssisələri, o cümlədən Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutu, Çin Milli Kosmik Administrasiyası (ÇMKA) və Quançjou Universiteti arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açan Ə.Abbasov bu istiqamətdə perspektivləri nəzərə çatdırıb, hazırda davam etdirilən layihələrdə Thessaly Universiteti ilə də əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən bəhs edib.

 

Çıxışının sonunda Azərbaycan və Yunanıstanın elmi və pedaqoji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi imkanlarından danışan Ə.Abbasov İSİ və Thessaly Universiteti arasında imzalanacaq əməkdaşlıq müqaviləsi ilə bağlı öz təkliflərini səsləndirib.

 

Sonra professor Providas Efthimios çıxış edərək Thessaly Universitetində hazırda həyata keçirilən elmi tədqiqatlar, nəşr fəaliyyəti və qrantlar barədə ətraflı məlumat verib. Təmsil etdiyi elmi müəssisə ilə İdarəetmə Sistemləri İnstitutu arasında mövcud əməkdaşlıq əlaqələrini müsbət qiymətləndirib.  

 

İSİ-nin Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasında professor Kamil Ayda-zadənin rəhbərliyi həyata keçirilən fundamental elmi tədqiqatları təqdirəlayiq hesab edən P. Efthimios laboratoriyanın 2022-2025-ci illəri əhatə edən “Ali təhsil tələbələri və işçi heyəti üçün mobillik” layihəsi çərçivəsində iki ay müddətinə Yunanıstana ezam olunan elmi işçisi Rüstəm Əzimovla birgə həyata keçirilən tədqiqatlardan söz açıb. Dronların istifadəsi ilə kənd təsərrüfatı sahələrinin diaqnostikası və mövcud problemlərin aradan qaldırılmasına hədəflənən tədqiqatın nəticələrinin Azərbaycanda tətbiqi ilə bağlı təkliflərini səsləndirib.

 

Görüşdə, həmçinin sözügedən müəssisələrin birgə təşkilatçılığı ilə cari ilin 26-28 avqust tarixlərində Bakı şəhərində keçiriləcək “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) barədə müzakirələr aparılıb, yaxın zamanda imzalanacaq əməkdaşlıq müqaviləsi ilə bağlı təkliflər səsləndirilib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi