AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları” mövzusunda seminar keçirilib

30.06.2025 / Tədbirlər

30 iyun 2025-ci il tarixdə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ) və Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı, Avrasiya Hospital və Etalon Hospitalın dəstəyi ilə seminar keçirilib.

 

Seminarı giriş nitqi ilə İSİ-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev açıb.

 

Daha sonra “Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları” mövzulu seminarda TÜBİTAK-ın professoru Turgay Karakaş çıxış edib. Dünyaya serebral iflic xəstəliyi ilə göz açan professor seminar iştirakçılarına öz nümunəvi həyat hekayəsindən bəhs edib, yaşadığı çətinliklərə baxmayaraq Türkiyə və ümumilikdə dünya elminə bəxş etdiyi misilsiz töhfələrdən söz açıb. Müəllim ailəsində dünyaya gələn T.Karakaş hüdudsuz iradəsinin gücü və valideynlərinin dəstəyi ilə həyata tutunmuş, məktəbi müvəffəqiyyətlə başa vuraraq Ankara Universitetinin Astronomiya və Kosmos Elmləri Fakültəsinə daxil olmuşdur. O, aerokosmik mühəndisliyi sahəsində təkmilləşmək məqsədilə riyaziyyat, fizika və kimya sahələrində təhsil almış və TÜBİTAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunda işə başlayıb. Elmi nailiyyətlərindən ətraflı şəkildə bəhs edən alim Azərbayacan və Türkiyə arasındakı qardaşlıq və müttəfiqlik əlaqələrindən söz açıb, müxtəlif elmi sahələrdə birgə nailiyyətlərə imza atmağı hədəflədiklərini bildirib.

 

Daha sonra seminar iştirakçıları tərəfindən suallar səsləndirilib, professor Turgay Karakaşa hədiyyələr təqdim olunub.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi