AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması barədə” mövzusunda seminar keçirilib

03.10.2019 / Xəbərlər

3 oktyabr 2019-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun  “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru  İlqar Qürbət oğlu Məmmədov “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması barədə”  mövzusunda  məruzə edib.

Xüsusi qeyd edək ki, bu vaxta qədər ədəbiyyatda ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi əmsallar ancaq kifayət qədər hamar olan hal üçün öyrənilmişdir. Bu işdə ilk dəfə olaraq,tənliyin əmsalları üzərinə kifayət qədər təbii şərtlər qoyulmaqla ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi tədqiq edilir.  Bundan başqa, baxılan ümumiləşmiş Manjeron tənliyi müxtəlif fiziki proseslərin çoxlu model tənliklərinin ümumiləşməsidir (Bussinesk-Lyav tənliyi, ümumiləşmiş rütubətkeçirmə tənliyi, teleqraf tənliyi, simin rəqs tənliyi, istilikkeçirmə tənliyi, Aller tənliyi və s.). Beləliklə, baxılan məsələ nəinki nəzəri, həm də böyük praktiki maraq kəsb edir.

Qeyri-hamar əmsallı, dörd tərtibli ümumiləşmiş Manjeron tənliyi üçün  verilmiş düzbucaqlı oblastda uzlaşma şərtləri tələb etməyən, qeyri-klassik şərtli Neyman məsələsinə baxılır. Qoyulmuş məsələnin həlli izotrop Sobolev fəzasında axtarıldığı halda,əsaslandırılır ki, bu şərtlər klassik sərhəd şərtlərinə ekvivalentdirlər. Korrekt həllolunmanın qurulması inteqral göstərilişlər üsulu əsasında, məsələni inteqral tənliklər sisteminə reduksiya etməklə həyata keçirilir. Ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması operator tənliklər üsulu ilə isbat edilir.

Link: www.imm.az/exp/2019/10/03/qeyri-hamar-əmsalli-umumiləsmis-manjeron-tənliyi-ucun-neyman-məsələsinin-korrekt-həllolunmasi-barədə-movzusunda-seminar-kecirilib/

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi