AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasov: “Azərbaycanda süni intellekt siyasətinin formalaşdırılması və Dövlət-Özəl-Akademik əməkdaşlıq modelinin genişləndirilməsi istiqamətində əməli tədbirlər görülür”

26.08.2025 / Mühüm xəbərlər

Bu sözləri AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov 26 avqust 2025-ci il tarixində İSİ-də keçirilən “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransın (PCI 2025) açılış tədbirində səsləndirib.

 

Beynəlxalq konfransın əməli əhəmiyyətinə toxunan akademik qeyd edib ki, sürətli sosial-iqtisadi və texnoloji dinamika ilə müşaiyət olunan müasir dövrdə informasiya cəmiyyətinin prioritetlərindən biri də məhz kibernetika və informatika sahələrinin inkişafı və mövcud problemlərin aradan qaldırılmasıdır. Bu baxımdan ilk dəfə 1998-ci ildə Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) keçirilən konfransın önəmini vurğulayan Ə.Abbasov əsas məqsədin aktual  sahələr ətrafında əməkdaşlıq əlaqələrinin qurulması, problemlərin həlli istiqamətində dünya alimlərilə birgə diskusiyaların aparılması, müasir metodların tətbiqi və yeni elmi tədqiqat sahələrinin müəyyənləşdirilməsi olduğunu bildirib.

 

Akademik qeyd edib ki, ötən əsrin sonlarında idarəetmə sahəsindəki problemlərin həlli istiqamətində optimallaşdırma və optimal idarəetmə metodlarından istifadə edilsə də müasir dövrdə bu aktual sahənin qarşısında duran problemlər sürətlə dəyişdiyi üçün sözügedən metodlar bir o qədər də əlverişli deyil. Hazırda bu problemlərin həllində süni intellekt texnologiyaları, şəbəkə nəzarət sistemləri, təbii dillərin emalı kimi metodlar real nəticələr verməyə başlayıb.

 

Ə.Abbasov silsiləvi şəkildə keçirilən beynəlxalq konfransın tədqiqat istiqamətlərinin kibernetika və informatika sahələrinin inkişafına müvafiq olaraq müasirləşdiyini bildirib. Qeyd edib ki, konfrans mövzularının böyük bir qisminin Süni İntellekt (Sİ) texnologiyalarının hesablama resursları və riyazi modelləşdirmə kimi müxtləlif tətbiq sahələrinə həsr olunması heç də təsadüfi deyil. Məhz müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı siyasi, iqtisadi və sosial strukturlarda əhəmiyyətli dəyişikliklərə səbəb olur. Sİ-nin inkişafı qərarvermə proseslərinin optimallaşdırılmasında, böyük həcmli məlumatların təhlili və avtomatlaşdırılmasında mühüm əhəmiyyətə malik olmaqla mürəkkəb idarəetmə sistemlərinin ayrılmaz hissəsinə çevrilmişdir.

 

Hazırda dünya əhalisinin təqribən 67%-nin internet istifadəçisi olduğunu bildirən akademik bu göstəricinin ölkəmizdə təqdirəlayiq olduğunu və 90% əhalini əhatə etdiyini qeyd edib. Bu inkişafın təməlində məhz ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü siyasət olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikası son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyub ki, bu istiqamətdə həyata keçirilən islahatlardan biri də cari ilin yanvar ayında “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, mart ayında isə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi olmuşdur. Strategiyaya əsasən, 2025-2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması və “Dövlət-Özəl-Akademik” əməkdaşlıq modelinin genişləndirilməsi nəzərdə tutulur.

 

Çıxışının sonunda göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkürünü ifadə edən Ə.Abbasov tədbirin idarəetmə və kibernetika sahələrində inkişafa mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi