AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

PCI 2025 beynəlxalq konfrans öz işini yekunlaşdırıb

28.08.2025 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) keçirilən “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) öz işini yekunlaşdırıb.

 

Əvvəlcə İSİ-nin baş direktoru, akademik Əli Abbasov çıxış edərək geniş coğrafi areala malik konfransda dünyanın qabaqcıl ölkələrinin, o cümlədən Türkiyə, Yaponiya, Qazaxıstan, Avstriya, Özbəkistan, Ukrayna, Rusiya, Qırğızıstan, ABŞ, Belarus, Slovakiya, Çin, Gürcüstan, Bolqarıstan, Monteneqro, Yunanıstan, Macarıstan, Estoniya, Kipr, Avstraliya, Latviya, Böyük Britaniya, Fransa, Moldova, Belçika, Polşa, Kanada, Yaponiya, İsveç və digər ölkələrin alim və tədqiqatçıları tərəfindən ümumilikdə 240 məruzə təqdim edildiyini, onlardan 140 məruzənin qəbul olunduğunu bildirib. Təqdim olunan tədqiqatların informasiya texnologiyalarının inkişafı fonunda xüsusi diqqətə layiq olduğunu bildirən akademik seçilmiş məruzələrin “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

 

Konfransın işini yüksək qiymətləndirən alim qeyd edib ki, səsləndirilən məruzələrdə optimallaşdırma və optimal idarəetmə, riyazi modelləşdirmə, parametrik identifikasiya və tərs məsələlər, texniki və sosial-iqtisadi sistemlərdə qərarların qəbulu, intellektual sistemlər və qərarların qəbulu və digər istiqamətlərdə fundamental tədqiqat nəticələri təqdim olunub, mövcud probelmlərin aradan qaldırılması istiqamətində maraqlı fikirlər səsləndirilib. 

 

Çıxışının sonunda konfransa göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkürünü ifadə edən Ə.Abbasov qarşıda duran hədəfləri nəzərə çatdırıb.

 

Sonra ABŞ-ın Wayne Dövlət Universitetinin professoru Boris Mordukhovich, AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadə, Türkiyənin İstanbul Texniki Universitetinin professoru Çingiz Hacıyev, İSİ-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru Orken Mamyrbayev, Macarıstanın Budapeşt Korvinus Universitetinin professoru Yurii Nesterov və İSİ-nin elmi işçisi, t.ü.f.d. Rüstəm Əzimov çıxış ediblər. Çıxışlarda kibernetika və informatikanın aktual problemlərini və gələcək perspektivlərini nəzərdən keçirmək üçün müvafiq sahə üzrə dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssisləri bir araya gətirən konfransın əhəmiyyəti qeyd olunub, qarşıda duran hədəflər diqqətə çatdırılıb.

 

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. Beləliklə, beynəlxalq konfrans öz işini başa çatdırıb.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi