AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun baş direktoru tərəfindən PCI 2025-in Təşkilat komitəsinə təbrik məktubu ünvanlanıb

29.08.2025 / Mühüm xəbərlər

 

Bildiyiniz kimi, 26-28 avqust 2025-ci il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu və Yunanıstanın Thessaly Universitetinin təşkilatçılığı ilə keçirilən “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) öz işini uğurla başa çatdırmışdır.

 

Hibrid formatda keçirilən tədbirdə dünyanın müxtəlif qabaqcıl ölkələrinin, o cümlədən Türkiyə, Yaponiya, Qazaxıstan, Avstriya, Özbəkistan, Ukrayna, Rusiya,Qırğızıstan, ABŞ, Belarus, Slovakiya, Çin, Gürcüstan, Bolqarıstan, Monteneqro, Yunanıstan, Macarıstan, Estoniya, Kipr, Avstraliya, Latviya, Böyük Britaniya, Fransa, Moldova, Belçika, Polşa, Kanada, Yaponiya, İsveç və digər ölkələrin alimləri tərəfindən kibernetika və informatika üzrə müxtəlif problemlərin həlli istiqamətində birgə diskusiyalar aparılmış, səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur.

 

Beynəlxalq elmi ictimaiyyətin böyük marağına səbəb olan konfransın Təşkilat komitəsinə müxtəlif ölkələrdən təbrik məktubları ünvanlanır. Belə ki, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun baş direktoru, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, professor Maktagali Abdimajitoviç Bektemessovun məktubunu sizlərə təqdim edirik:

 

Hörmətli həmkarlar,

Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun kollektivi sizi “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransın (PCI 2025) müvəffəqiyyətlə keçirilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir.

 

Bildiyimiz kimi, Azərbaycanla Qazaxıstan arasında dərin tarixi köklərə söykənən əlaqələr hazırda siyasi, iqtisadi və elmi sahələrdə davam etdirilir, geniş elmi əməkdaşlıq əlaqələri qurulur. Hər iki ölkənin liderlərinin qarşılıqlı rəsmi səfərləri də bunun bariz nümunəsidir.

 

Son illərdə, xüsusən də 2022-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri, 2023-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana rəsmi səfəri elmi ictimaiyyət üçün səmərəli nəticələr verib. Bu səfərlər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən elmi sahədə əməkdaşlıq müqavilələri imzalanıb. Onlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Milli Elmlər Akademiyası arasında elmi sahədə əməkdaşlığa dair imzalanan memorandum olmuşdur.

 

Beləliklə, bütün konfrans iştirakçılarına məhsuldar elmi fəaliyyət, yeni yaradıcılıq uğurları və elmi əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində nailiyyətlər arzulayıram. Əminəm ki, dünyanın müxtəlif ölkələrindən qabaqcıl alimləri bir araya gətirən bu mötəbər konfrans ölkələrimizin aparıcı və gənc alimləri arasında bilik və təcrübə mübadiləsinin qurulması və birgə yeni elmi tədqiqatların aparılmasına öz töhfəsini verəcək. İnanıram ki, PCI 2025 əsnasında səsləndirilən fundamental tədqiqat nəticələri, həmçinin rəy və təkliflər hər bir alimin gələcək elmi fəaliyyətində öz səmərəsini verəcək, əldə olunan nəticələri bütün iştirakçılar üçün böyük əhəmiyyət kəsb edəcəkdir.

 

Hörmətlə,

Baş direktor, professor M.A.Bektemessov

Tweet
ELANLAR
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 06.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 05.03.2026
    “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi