AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Asəf Hacıyevin 65 yaşı tamam olur

30.05.2016 / Xəbərlər

Mayın 29-da tanınmış riyaziyyatçı alim, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya  müdiri, akademik Asəf Hacıyevin 65 yaşı tamam olur.

Asəf Hacı oğlu Hacıyev 29 may 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş, 1979-cu ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2003-cü ildə professor elmi adını almışdır.

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Alim ilk əmək fəaliyyətinə 1979-cü ildə Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) başlamış, kiçik elmi işçi, böyük elmi işçi, sektor rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həmin institutda laboratoriya rəhbəridir. O, həmçinin 2001-ci ildən Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiridir.

Akademikin 1980-ci ildə "Xidmət başlanma anları tsiklik olan kütləvi xidmət sistemi” işi Elm və Texnika sahəsi üzrə Azərbaycan Lenin komsomolu mükafatına layiq görülmüşdür.

A.Hacıyev tətbiqi riyaziyyat, etimal nəzəriyyəsi, statistika, idarəetmə məsələləri, tətbiqi mexanika sahəsi üzrə mütəxəssisdir. O, 140-a yaxın elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.

Alimin rəhbərliyi və məsləhətçiliyi ilə 4 elmlər doktoru və 7 fəlsəfə doktoru hazırlanmışdır.

A.Hacıyev Azərbaycan dilində ilk dəfə hazırlanmış "Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası”nın müəlliflərindən biridir.

O, Londonda nəşr olunan "Management Science and Engineering Management” jurnalının baş redaktorunun I müavini, "Applied and Computational Mathematics” jurnalının redaksiya heyətinin üzvüdür.

Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Riyaziyyat Problemləri üzrə Elmi Şurasının sədridir.

2004-cü ildə Beynəlxalq Statistik İnstitutunun (Hollandiya) üzvü, 2005-сi ildə Dünya Elmlər Akademiyasının (İtaliya, Triest) üzvü, 2008-ci ildə Monqolustan Milli Elmlər Akademiyasının üzvü, 2011-ci ildə Çinin Çengdu Universitetinin fəxri professoru seçilmişdir.

A.Hacıyev 2006-cı ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti seçilmiş, hazırda bu Assambleyanın prezidentidir.

2011-ci ildə Çinin Makau şəhərində V Beynəlxalq konfransda "Manegement Science and Enjineering menegement” mükafatına layiq görülmüşdür.

Tanınmış elm mücahidini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan riyaziyyat elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq elmi-praktik konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi