AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gənclərdən düşmənə qarşı İnformasiya savaşı

16.07.2020 / Xəbərlər

Azərbaycan müstəqilliyinə nail olduqdan sonra ölkədə milli təhlükəsizliyinin əsas problemlərindən biri vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi olmuşdur. 1998-ci il aprelin 3-də ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı.

Müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir və milli təhlükəsizliyə informasiyaların ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir.

Artıq Qarabağ münaqişəsi regional xarakterini itirib və qloballaşmış bir problemə çevrilməyə başlayıb. Olduqca geostrateji bir bölgədə olduğundan münaqişənin regiona təhlükə yaratmasında informasiya çox mühüm rol oynayır.

Bildiyimiz kimi, bu gün də ermənilər xarici ölkələrdə olan diasporların dəstəyi ilə Azərbaycana qarşı informasiya mübarizəsi aparırlar. Ermənilərin təsiri altında olan təşkilatlar da beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa davam edirlər. Hətta Amerika mətbuatında Xocalıdakı soyqırımı əks etdirən  şəkilləri dərc edib və öldürülən Azərbaycan vətəndaşlarını erməni kimi təqdim edərək, özlərini zərərçəkən kimi qələmə verirlər. Bu kimi faktlar ermənilər tərəfdən yüzlərlə qeyd etmək olar...

Dünya ölkələri pandemiya şəraitində yaşadığı vaxtda, insanların virusla mübarizə apardığı şəraitdə ermənilər dövlət sərhəddinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq hərbi təxribata əl atdılar. Düşmən hücumunun qarşısını alarkən döyüşdə igid oğullarımızın qanı töküldü torpağımız uğrunda. Onlar uca zirvəyə çatdılar-Vətən uğrunda şəhid oldular!... Ermənilər son günlər törətdiyi əməlləri ilə bir daha dünyaya özlərinin hiyləgər və terrorçu millət olduqlarını sübut etdilər!

Ermənistan kütləvi informasiya vasitələrində  bu gün də döyüş bölgələrindən həqiqətə uyğun olmayan yalan məlumatlar yayımlanır və ictimaiyyətdə ölkəmizə qarşı, hal hazırkı münaqişəyə qarşı mənfi rəy yaratmağa çalışırlar. Və Biz gənclər bu gün birləşərək həmrəy olmalıyıq və düşmənə qarşı informasiya savaşında fəal iştirak edərək bu savaşda qalib gəlməliyik. İnformasiya savaşı ən çox internet vasitəsilə aparılır və bu savaşın qarşısının alınmasında internetin də rolu danılmazdır. Biz gənclər Azərbaycanın haqq səsini dünyaya çatdırmalı, anti-Azərbaycan təbliğatı aparanlara tutarlı cavablar verməliyik.

Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı nəticəsində Azərbaycanda aparılan islahatlarda gənclər hər sahədə fəaldırlar. Bu an Cənab Prezidentin  sözləri yada düşür – “Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda”. Ölkəmizdə gənclərimizin intellektual fəaliyyətinin düzgün istiqamətləndirilməsi və nailiyyətlərin əldə olunması üçün mükəmməl şərait yaradılıb. Biz gənclər yaradılan şəraitdən düzgün bəhrələnərək respublikanın ictimai-siyasi hayatında iştirak edərək ölkə prezidentinin bizə göstərdiyi etimadı doğrultmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur!

Biz əminliklə söyləyirik ki, hər bir şəhidimizin  qisası qan bahasına alınacaqdır!

İ.ü.f.d Aygün Əkbər qızı Əliyeva

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi