AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi üzrə işlər davam etdirilir

02.10.2020 / Xəbərlər

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə əməkdaşlığı çərçivəsində 2019-2020-ci illəri əhatə edən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi davam edir.

Layihənin birinci ili Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki vəziyyətinin analizi, texnologiya transferi və elmin kommersiyalaşdırmasının qiymətləndirilməsi, onun institusional səviyyədə idarə olunması istiqamətləri üzrə biliklər əldə edilib.

2019-cu ildə keçirilmiş 3 təlim çərçivəsində ölkənin elm və təhsil müəssisələrini, eləcə də AMEA-nın elmi qurumlarını təmsil edən iştirakçılar qeyd olunan sahələr üzrə nəzəri biliklərə yiyələniblər. Bu sahədə Koreya təcrübəsindən istifadə edilməsi və müvafiq təşkilatlara YT Parkı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində innovasiya fəaliyyətini inkişaf etdirmələri tövsiyə olunub.

Layihənin ikinci ili üçün STEPI prioritet olaraq institusional səviyyədə YT Parkın strateji planının hazırlanmasını təklif edib. Bu məqsədlə cari ilin may ayında Parkın rəhbərliyi və koreyalı ekspertlərin iştirakı ilə onlayn müzakirələr keçirilib.

Həmçinin sentyabr ayında layihə tərəflərinin videokonfrans formatında onlayn iclası baş tutub. İclasda texnoparklar üçün fandreyzinq və biznes modellər, rezidentlərin cəlb edilməsi və texnoparkların rəqəmsallaşdırılması ilə bağlı koreyalı ekspertlərin mühazirələri dinlənilib. Yerli və koreyalı mütəxəssislərin iştirakı ilə YT Parkının daxili sistemi, dövlət satınalmaları, texnologiya transferi və kommersiyalaşdırma, startap, inkubasiya, test və akreditasiya istiqamətləri üzrə müzakirələr aparılıb.
Yerli ekspertlər tərəfindən hazırlanmış 50 səhifəlik hesabat Koreya tərəfinə təqdim edilib. Sənədin hər iki tərəfin yekun rəyləri nəzərə alınmaqla cari ilin sonunadək təsdiqi nəzərdə tutulur.
Layihənin nəticəsi olaraq YT Parkının fəaliyyətinin təkmilləşdirilməsində Koreya modelinin tətbiqinə dair təkliflər paketinin təsdiqi ilə bağlı Seul və ya Bakıda seminarın təşkili planlaşdırılır.

Qeyd edək ki, elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynayan STEPI bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirməyi hədəfləyir.

Mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi