AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın Qadınlar Şurasının bəyanatı

02.10.2020 / Xəbərlər

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən dinc əhalinin yaşadığı yaşayış məntəqələrini və eləcə də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müxtəlif növ silah və artilleriya qurğularından atəşə tutur. Aralarında qadın və uşaqların  da olduğu dinc əhali arasında həlak olanlar və yaralananlar var, evlərə, təsərrüfatlara ciddi ziyan dəyir. Ermənistan beynəlxalq  hüquqdan irəli gələn öhdəliklərinə, eləcə də "Müharibə zamanı mülki əhalinin müdafiəsi" haqqında Cenevrə Konvensiyasına, BMT-nin Uşaq Hüquqları Konvensiyasına, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməyərək mütəmadi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur və müharibə cinayətlərini davam etdirir.

Ali Baş Komandan, respublika Prezidenti İlham Əliyevin əmri ilə ordumuz bütün təmas xətti boyu əks hücuma keçərək, düşmənin müdafiə xəttini yarıb, ermənilərin hərbi texnika və canlı qüvvəsini məhv edərək, bir sıra strateji əhəmiyyətli yüksəklik və yaşayış məntəqələrini işğaldan azad edib.

Azərbaycan xalqı döyüşlər başlayan gündən böyük ruh yüksəkliyi ilə Ali Baş Komandanın ətrafında sıx birləşərək, ordumuza tam dəstək nümayiş etdirir. On minlərlə Vətən oğlu ordu sıralarına qatılmaq üçün könüllü şəkildə cəbhəyə yollanıb. Azərbaycan xalqı torpaqlarını düşmən  işğalından azad etmək üçün əsl xalq-dövlət birliyi nümayiş etdirir.

Bu məsuliyyətli, ağır və şərəfli günlərdə bütün xalqımız kimi AMEA qadınları da cəbhədən gələn xəbərləri həyəcanla izləyir, şanlı ordumuzun işğal altındakı torpaqları azad edəcəyi günü inamla gözləyir.  

Biz AMEA qadınları bu müqəddəs amala çatmaq yolunda vuruşan Vətən oğullarına güc-qüvvət arzulayırıq. Ali Baş Komandanın dediyi kimi, “Zəfər bizimdir, biz qələbə çalacağıq”!!!

AMEA-nın Qadınlar Şurası

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi