İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında online iclas keşrilmişdir
19.05.2020 / Xəbərlər19 May 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında imzalanmış Memoranduma əsasən “Zəlzələnin başlanğıc dövrünün küy monitorinqinin və zəlzələ ocağının zonasının xəbərdarlıq smart sistemi” adlı layihəsininin müzakirəsi məqsədilə online iclas keşrilmişdir.
Online görüşdə Türkmənistan tərəfindən Seysmologiya və Atmosfer Fizikası İnstitutunun direktoru Sarıyeva Gülcamal Çarıyevna və aparıcı elmi əməkdaşlar iştirak edirdilər. Azərbaycan tərəfindən isə İdarəetmə sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, direktor müavini, t.e.d., professor Qəmbər Quluyev və digər əməkdaşlar iştirak edirdilər.
İclasda layihənin yerinə yetirilməsinə dair tədbirlər planı ətrafında müzakirələr aparmışdır. O cümlədən, Türkmənistan ərazisində Xəzər sahili regionlarında - Qoturtəpə, Çeleken, Barsa-Gəlməz rayonlarında - RNM ASP stansiyalarının yerlərinin seçilməsi, mobil RNM stansiyasının və monitorinq mərkəzinin yaradılması və digər məsələlər müzakirə edilmişdir.