AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Riyaziyyat İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

26.02.2026 / Xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alimlər, mütəxəssislər və əməkdaşlar iştirak ediblər.

Öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra faciənin tarixi gedişatını, törədilmiş vəhşilikləri və beynəlxalq ictimaiyyətə çatdırılan faktları əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri açan Riyaziyyat İnstitutu PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini, t.e.d. Elxan Səbziyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində xüsusi amansızlıqla həyata keçirdiyi qətliamın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət olduğunu vurğulayıb. O, faciənin tarixi köklərindən bəhs edərək bu hadisələrin xalqımıza qarşı aparılan uzunmüddətli işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib.

E.Səbziyev Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atılan addımları da diqqətə çatdırıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımı ilə bağlı qərar qəbul edilib və 26 fevral “Xocalı Soyqırımı Günü” elan olunub. Bildirilib ki, sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə faciənin beynəlxalq aləmdə tanıdılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, dünyanın müxtəlif ölkələrində abidələr ucaldılıb, anım mərasimləri təşkil olunub.

Çıxış zamanı, həmçinin vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, tarixi ədalət təmin edilib. E.Səbziyev Xocalı şəhidlərinin əziz xatirəsini ehtiramla yad edərək onların xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Daha sonra professorlar Həmidulla Aslanov, Hamlet Quliyev və Riyaziyyat İnstitutunun hüquq-məsləhətçisi Vəfa Usubova çıxış edərək Xocalı faciəsinin tarixi səbəbləri, ağır nəticələri və beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan işlərin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir daha ehtiramla yad edilib və belə anım mərasimlərinin milli birliyin möhkəmləndirilməsi və tarixi həqiqətlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

 

 

Tweet
ELANLAR
  • 26.02.2026
    Riyaziyyat İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi