AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi

04.03.2026 / Xəbərlər

04.03.2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut seminarı keçirildi.
Seminarı Riyaziyyat İnstitutu PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini, t.e.d. Elxan Səbziyev açaraq iştirakçıları salamladı və seminarın mövzusunun aktuallığını vurğuladı. Eyni zamanda, belə elmi seminarların mütəmadi keçirilməsinin institutda elmi mühitin daha da güclənməsinə, tədqiqatçılar arasında əməkdaşlığın genişlənməsinə və əldə olunan nəticələrin müzakirəsi yolu ilə elmin inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırdı.
Daha sonra seminarda b.e.i., PhD Vüqar Həşimov “Yaddaşa malik əks-əlaqəli qeyri-xətti dinamik obyektin optimal idarə edilməsi” mövsusunda məruzə ilə çıxış edib. Məruzə vəziyyəti adi qeyri-xətti diferensial tənliklər sistemi ilə təsvir olunan obyektin optimal idarəetməsinin sintezi məsələsinə həsr olunub. Təqdim olunan yanaşmada sintez edilən idarəetmənin yalnız obyektin cari vəziyyətindən deyil, həm də əvvəlki zaman anlarındakı vəziyyətlərindən asılı olması nəzərdə tutulur. Əks-əlaqə üçün sintez olunan idarəetmənin qeyd olunan vəziyyətlərdən xətti asılılıq düsturu təklif edilib. Tədqiqat çərçivəsində əks-əlaqə parametrləri fəzasında məqsəd funksionalının qradiyent komponentləri üçün analitik düsturlar əldə olunub. Əks-əlaqə parametrləri fəzasında məqsəd funksionalının qradiyentinin komponentləri üçün düsturlar alınmışdır. Seminar zamanı kompüter eksperimentlərinin nəticələri və onların müqayisəli təhlili də iştirakçılara təqdim edilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi