AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Riyaziyyat İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

06.03.2026 / Tədbirlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Riyaziyyat İnstitutu PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini, t.e.d. Elxan Səbziyev Azərbaycan qadınının tarix boyu cəmiyyətdə tutduğu yüksək mövqedən bəhs edib. O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan qadınlarının yüksək mənəvi, intellektual və əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir. Qeyd edib ki, müsəlman Şərqində ilk dəfə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadınları daim qabaqcıl və mütərəqqi düşüncələri ilə seçiliblər. Alim vurğulayıb ki, müasir Azərbaycan qadını fədakar ana, peşəkar alim, bacarıqlı siyasətçi və dövlət məmuru kimi cəmiyyətin inkişafında mühüm rol oynayır. E.Səbziyev çıxışının sonunda İnstitutun qadın əməkdaşlarını təbrik edərək onlara xoşbəxtlik, uğurlar və yeni elmi nailiyyətlər arzulayıb.
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə çıxış edərək bütün tarixi dövrlərdə öz istedadı, zəkası, ailəyə və vətənə bağlılığı ilə seçilən Azərbaycan qadınının milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlərindən, elm və təhsilin inkişafında mühüm rolundan bəhs edib. İnstitutun qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Daha sonra r.e.d., professor Knyaz Məmmədov, t.ü.f.d., dosent İradə Mirzəzadə və r.e.d., dosent Elman İbrahimov çıxış edərək bütün qadınları əlamətdar gün münasibətilə təbrik edərək onlara can sağlığı və yeni müvəfəqiyyətlər arzu ediblər.
Tədbirin sonunda instituta qonaq qismində dəvət olunan Akademik Musiqili Teatrın aktyoru, əməkdar artist Əkbər Əlizdə çıxış edərək qadınların cəmiyyətdəki mühüm roluna diqqət çəkib. O, çıxışında qadınların ailə və ictimai həyatda əvəzsiz rolunu vurğulayaraq, bu günün yalnız bayram deyil, həm də qadın əməyinə və fədakarlığına verilən yüksək dəyərin ifadəsi olduğunu bildirib. Əkbər Əlizadə qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, tədbir iştirakçıları üçün musiqi ifa edib.
Sonda kollektivin qadın əməkdaşlarına hədiyyələr təqdim edilib.

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi