AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutunun yeni təyin olunmuş direktorunun təqdimat mərasimi keçirilmişdir

14.12.2020 / Xəbərlər

14.12. 2020-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun yeni təyin olunmuş direktorunun təqdimat mərasimi keçirilmişdir.

İclası AMEA-nın birinci vitse prezidenti İbrahim Quliyev açaraq ilk öncə iştirakçıları Azərbaycan xalqının Şanlı Qələbəsi münasibəti ilə təbrik etmişdir.
Akademik İbrahim Quliyev AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarını xatırladaraq İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin öz xahişi ilə tutduğu vəzifədən azad olunduğunu və Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun bu müəssisənin direktoru vəzifəsini icra edən, T.Əliyevin isə AMEA-nın müşaviri vəzifəsinə təyin edildiyini diqqətə çatdırıb.

Sonra İbrahim Quliyev İnstitutun  yeni təyin olunmuş direktoru, AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğlunu müəssisənin kollektivinə təqdim etmişdir. Öz çıxışında  İ.Quliyev  İSİ-nin AMEA-da elmi nəticələrinə görə ilk 3 İnstitutundan biri olduğunu qeyd etmiş və Telman müəllimin böyük elmi və təşkilatı bacarığını qeyd etmişdir. O, institutun nailiyyətlərinin bundan sonra da davam edəcəyinə və akademik Telman Əliyevin AMEA-nın müşaviri vəzifəsində böyük elmi potensialı və iş təcrübəsindən istifadə edərək Akademiyanın gələcək inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Sonra çıxış etmək üçün söz akademik Telman Əliyevə verilmişdir. Telman müəllim çıxışında ilk öncə iştirakçıları şanlı Qələbə münasibəti ilə təbrik etmişdir. İSİ-nin ölkəmizdə hesablama texnikası və informasiya texnologiyalarının inkişafı istiqamətində əsas rol oynadığını qeyd edən akademik, hal hazırda  respublikanın iqtisadi və hərbi inkişafı naminə ən qabaqcıl elm sahələrində tədqiqatların müvəffəqiyyətlə həyata keçirildiyini vurğulamışdır. O,  AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun bu müəssisədə yetişdiyini və kollektivdə böyük nüfuza malik olduğunu qeyd edərək ona uğurlar arzulayıb..

Sonra çıxış etmək üçün söz institutun direktoru vəzifəsinin icrasına başlayan  Əminağa Sadıqova verilmişdir. Əminağa Sadıqov da dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbə qazandığını, bütün Azərbaycan xalqı kimi alimlərin də Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdiyini qeyd edərək, bundan sonra Elmlər Akademiyasının digər elmi müəssisələri kimi, İdarəetmə Sistemləri İnstitutunun da daha böyük əzmlə işləməsinin vacib olduğunu bildirib.

Ə.Sadıqov ona göstərilən yüksək etimada görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edərək, akademik Telman Əliyevin İSİ-də yaratdığı yaradıcı elmi mühiti qoruyub saxlayacağını və inkişaf etdirəcəyini qeyd edib. O, həmçinin bildirib ki, yaxın günlərdə AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin sədri, akademik Rasim Əliquliyevin iştirakı ilə onlayn rejimdə keçiriləcək iclasda institutun yaxın və uzunmüddətli dövr üçün elmi və elmi-təşkilati məsələləri müzakirə ediləcək.

Sonra AMEa-nın müxbir üzvü Ağası Məlikov, professor İlqar Məmmədov və professor Kamil Mənsimov çıxış edərək akademik Telman Əliyevin böyük elmi nəticələrini və təşkilatı bacarığını qeyd etmiş və ona yeni uğurlar arzulamışlar. Eyni zamanda alimlər Əminağa Sadıqovun AMEA-da uzun müddət  və çox səmərəli işlədiyini və böyük elmi potensiala malik olduğunu, onu geniş dünyagörüşə malik alim və təşkilatçı, obyektiv insan kimi tanıdıqlarını bildirərək, bu təyinata görə AMEA rəhbərliyinə təşəkkür etdilər.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi