AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun hesabatı dinlənilib

23.12.2020 / Xəbərlər

Dekabrın 23-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş növbəti onlayn iclası keçirilib.
İclası giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev tədbirin Biofizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının 2020-ci  ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunduğunu bildirib.

İdarəetmə Sistemləri İnstitutunun 2020-ci ildəki hesabatını müəssisənin direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təqdim edib. Ə.Sadıqov qeyd edib ki, müəssisədə hesabat ilində elmi-tədqiqat işləri AMEA-nın “2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrasından  irəli gələn qeyri-neft sektorunun inkişafında elmin yaxından iştirakı, elmi nəticələrin kommersiyalaşdırılması, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması ilə bağlı səmərəli metodların işlənməsi istiqamətdə aparılıb. O, əlavə edib ki, hesabat ilində İnstitut alimləri 276 elmi əsər, onlardan 2-si kitab, 59-u Web of Science bazasında, 23-ü isə Scopus bazasında çap ediblər. Çapdan çıxan elmi əsərlərə il ərzində Web of Science bazasında - 389 və Google Scholar bazasında - 1321 istinad verilib. Hesabat ilində İnstitut tərəfindən 6 Avrasiya və 2 Respublika patenti alınıb və müəssisədə aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında 6 iş tətbiq edilmişdir.

Ə.Sadıqov İnstitut alimləri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında tədbirlər planına 14 təklif irəli sürüldüyünü söyləmişdir. Həmçinin o, 2020-ci ildə institutun təqdim etdiyi 2 layihənin qranta layiq görüldüyünü iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

Əlavə olaraq Ə.Sadıqov 11 mart 2020-ci il tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu" Azərbaycanın Xarici işlər və Türkmənistanın Təhsil nazirləri tərəfindən imzalandığını və bu Memorandumun icrası ilə əlaqədar birgə layihənin yerinə yetirilməsi nəzərdə tutulduğunu bildirdi. O, həmçinin Arktika İctimai Elmlər Akademiyası ilə neft və qaz obyektlərində qəzaların proqnozlaşdırılması texnologiyalarının işlənməsi sahəsində əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd etmişdir.

Sonra çıxış edən akademik Telman Əliyev institutun əməkdaşları tərəfindən “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi boyunca “dəmir yolu yatağının təhlükəsizliyi”, “öncədən seysmik xəbərdarlıq sistemi”  layihəsi üzrə hazırlıq işlərininin aparıldığını bildirmişdir. O, İnstitutda bir neçə yüksək  tətbiqi əhəmiyyətli elmi nəticələrin alındığını və onların xarici ölkələr tərəfindən də maraqla qarşılandığını qeyd etmişdir. Akademik T.Əliyev iclasda iştirak edən İnstitutların alimlərini bu layihələrdə yaxından iştirak etməyə dəvət etmişdir.

Sonda FRTEB-in Ümumi yığıncağı Biofizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri İnstitutlarının 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunub AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi