Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
22.04.2014 / Dissertasiya şurasının iclasları22 aprel 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Əmirova Rəsmiyyə Rza qızının riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Bir sinif fərq tənlikləri ilə olunan idarəetmə məsələlərində optimallıq şərtləri” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.