2022-ci ildə institut tərəfindən 7 elmi-tədqiqat işinin nəticələri tətbiq edilmişdir.
1. SCADA modeli və Əşyalar İnterneti (İoT) əsasında sənaye idarəetmə sistemi işlənmiş və ilkin oaraq Azneft İB-nin Bibiheybət mədənindəki quyularda tətbiq edilmişdir. (Asif Rzayev, Qəmbər Quluyev)
2. AR Kənd Təsərrüfatı Nazirliyi üçün “Ağıllı kənd” platforması əsasında İKT komponentlərinin qurulması sistemi yaradılmış və Zəngilanın Ağalı kəndində tətbiq edilmişdir. (Elçin Əliyev, İslam Əhmədov)
3. 2022-ci ildə təkmilləşdirilmiş “Formaların tanıma sistemi” tətbiqi proqramlar paketi (TPP) Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi orta təhsil üzrə 9-cu və 11-ci sinif buraxılışın yekun qiymətləndirmə imtahanında tətbiq edilmişdir. (Elşən Mustafayev, Sona Rzayeva)
4. AR Mərkəzi Bankı üçün Ani Ödəniş Sisteminin (AÖS) Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” sistemi ilə inteqrasiyası və AÖS-də hesablara vəsaitlərin yığılması imkanının yaradılması üçün alqoritmlər və proqram təminatı işlənilmişdir. (Aytən Rəhmanova)
5. Elektron Tədris proqram təminatı işlənilmiş və Milli Aviasiya Akademiyasında tətbiq edilmişdir. (Əbülfət Rəhmanov)
6. Ceyranbatan su anbarının Abşeron yarımadasının eko və biosistemlər kimi sistemli analizi, 17-19-cu illik məlumatların müqayisəli analizi, suyun keyfiyyətinin sudakı kimyəvi elementlərin tərkibindən asılılığının analizi, vahid nöqtədə qərar qəbul etmə sisteminin işlənilməsi işləri yerinə yetirilmişdir. (Gülçin Abdullayeva, Səyyarə Hidayətzadə və T.Ə.Şamçiyev (Ceyranbatan Su anbarı FHN bölməsi))
7. Bakı ş. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üçün təcili və təxirəsalınmaz tibbi yardım işinin elektronlaşdırılması məqsədi ilə intellektual-informasiya sisteminin hazırlanması məqsədi ilə Məlumatlar bazası yaradılmişdır. (Gülçin Abdullayeva)
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


