2021-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutu tərəfindən plan üzrə 7 və plandan əlavə 2 elmi-tədqiqat işi tətbiq edilmişdir:
1. ŞDNQ-in texniki vəziyyətinin dəyişməsinin və nasazlığın inkişaf dinamikasının təyini alqoritmlərinin işlənməsi və proqramının tətbiqi
ŞDNQ ilə istismar olunan quyu fondunun işinə nəzarət üçün proqram təminatı tətbiq olunmuş, alqoritmlər və proqramlar işlənərək Azneft İB-nin Bibiheybət mədənində tətbiq edilmişdir.
(Rzayev A.H., Quluyev Q.A.)
2. MD SİS-in yeni quyularda tətbiqi
Elmi-tətqiqat işi çərçivəsində MD SİS-in yığılması, sazlanması və quyularda quraşdırılması işlərinə müəlliflik nəzarəti olunaraq Azneft İB-nin Bibiheybət mədənində tətbiq edilmişdir.
(Rzayev A.H., Quluyev Q.A.)
3. AR Mərkəzi Bankında “Onlayn imzalama” veb-xidmətinin və sənədlərin paket şəklində imzalanması təmin olunmaqla “Elektron imza üzrə Sertifikatlaşdırma sistemi”nin təkmilləşdirilməsi (II mərhələ)
Elektron imza üzrə Sertifikatlaşdırma mərkəzinin Onlayn imzalama veb-xidməti yaradılaraq AR Mərkəzi Bankında tətbiq olunmuşdur.
(Qurbanlı Üzeyir (İdarəetmə Sistemləri İnstitutu)
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyində dövlət və icmal büdcələrin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması və tətbiqi
Elmi-tətqiqat işi çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyində avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılaraq AR Maliyyə Nazirliyində tətbiq edilmişdir.
(Əbülfət Rəhmanov (İdarəetmə Sistemləri İnstitutu)
5. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) AgroCİS altsisteminin yaradılması və tətbiqi
Elektron Kənd Təsərrüfatı məqsədləri üçün dronlar vasitəsilə əldə edilmiş məlumatlar emal olunmuş, çəkilmiş şəkillər CİS formatına keçirilmiş və sistemdə olan məlumatlarla əlaqələndirilərək KTN-nin nəzdində Aqrar Tədqiqatlar Mərkəzində tətbiq olunmuşdur.
(Fuad Salmanlı (İdarəetmə Sistemləri İnstitutu)
6. Neft çənləri üçün miniatür ölçmə qurğusu
Elmi-tətqiqat işi çərçivəsində miniatür ölçmə qurğusunun sınaq variantları hazırlanmış və Şirvan Neft anbarında tətbiq edilmişdir.
(İsayev M.M. (İdarəetmə Sistemləri İnstitutu)
7. Ceyranbatan su anbarında suyun müqayisəli analizinin və monitorinqinin intellektual informasiya sisteminin işlənilməsi
Abşeron yaımadasının eko və biosistemlər kimi sistemli analizi, 17-19-cu illik məlumatların müqayisəli analizi, suyun keyfiyyətinin sudakı kimyəvi elementlərin tərkibindən asılılığının analizi aparılmış, vahid nöqtədə qərar qəbul etmə sisteminin işlənilməsi həyata keçirilərək Ceyranbatan su anbarında tətbiq olunmuşdur.
(Abdullayeva G.G., Hidayətzadə S.Q. (İdarəetmə Sistemləri İnstitutu), T.Ə.Şamçiyev (Ceyranbatan Su anbarı FHN bölməsi)
Plandan əlavə 2 elmi-tədqiqat işi
8. Dövlət İmtahan Mərkəzində “Formaların tanıma sistemi” tətbiqi proqramlar paketinin (TPP) təkmilləşdirilməsi
2021-ci ildə təkmilləşdirilmiş “Formaların tanıma sistemi” tətbiqi proqramlar paketi (TPP) Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi orta təhsil üzrə 9-cu və 11-ci sinif buraxılışın yekun qiymətləndirmə imtahanında tətbiq edilmişdir.
(Elşən Mustafayev, Sona Rzayeva)
9. Uçan obyektlərin avtonom naviqasiya məlumatları əsasında idarə edilməsi üçün metodların, aıqoritmlərin işlənilməsi və tətbiqi
“Uçan obyektlərin avtonom naviqasiya məlumatları əsasında idarə edilməsi üçün metodların, alqoritmlərin işlənilməsi və tətbiqi” adlı dissertasiya işinin nəticələri H.Əliyev adına Ali Hərbi Məktəbin Hərbi Hava qüvvələri fakültəsində nəzəri tətbiq olunur və fakültənin “Uçuş Hazırlığı” kafedrasında “Aviamodelizm” dərnəyində uçan modellərin üzərində praktik tətbiqi işlər aparılır.
(Elxan Səbziyev)
-
30.09.2024
“Web of Science” elmmetrik bazasından səmərəli istifadə ilə bağlı vebinarlar keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
23.09.2024
ED 1.20 Dissertasiya Şurasının elmi seminarı keçiriləcək