2012-ci ildə AMEA Kibernetika İnstitutu tərəfindən 22 (plan üzrə 17 iş, plandan əlavə 5 iş) elmi-tədqiqat işi tətbiq edilmişdir:
I. PLAN ÜZRƏ TƏTBİQ OLUNAN İŞLƏR:
1. Mancanaq dəzgahlarının səlist idarə stansiyasının işlənib hazırlanması, proqram təminatının yaradılması və tətbiqi.
Konstruktiv sənədlər hazırlanmış, proqram təminatı işlənmiş və sınaq nümunəsi Qarasu əməliyyat şirkətində tətbiq edilmişdir
(Quluyev Qəmbər, Rzayev Asif, Paşayev Fərhad)
2. Ştanqlı dərinlik nasosları ilə işləyən neft quyularının hasilatının dinamoqramlar əsasında təyin edilməsi proqramlarının neft mədənlərində yoxlanması və tətbiqi.
Proqram təminatı, hesablama alqoritmləri işlənmiş və yoxlanılmış, ADNŞ-in müxtəlif obyektlərində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər, Paşayev Fərhad)
3. Ştanqlı dərinlik nasosları ilə işləyən neft quyularının vatmetroqramlarinın robast Noise monitorinq texnologiyaları əsasında analiz proqramlarının hər hansı bir neft mədənində yoxlanması.
Proqram təminatı, hesablama alqoritmləri işlənmiş və yoxlanılmış, ADNŞ-in müxtəlif obyektlərində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər, Paşayev Fərhad)
4. Neftçıxarma obyektlərinin RNMT-C kompleksinin tətbiqinin davam etdirilməsi.
Avadanlıqlar və proqram təminatı hazırlanmış, ADNŞ-in müxtəlif obyektlərində tətbiq edilmişdir
(Rzayev Asif, Quluyev Qəmbər, Paşayev Fərhad)
5. "Şirvan OYL” əməliyyat şirkətinin 1 və 3 saylı mədənlərində quraşdırılmış nəzarət və diaqnostika sisteminin işinə müəlliflik nəzarətinin aparılmaşı.
ADNŞ-in "Şirvan OYL” əməliyyat şirkətinin 1 və 3 saylı mədənlərində quraşdırılmış nəzarət və diaqnostika sisteminin işinə müəlliflik nəzarətinin aparılması yerinə yetirilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər, Paşayev Fərhad)
6. Anomal seysmik proseslərin başlanmasının monitorinqi üçün intellektual seysmoakustik telemetrik stansiyanın yaradılması və quraşdırılması.
İntellektual seysmoakustik telemetrik stansiyanın yaradılması üçün lazım olan avadanlıqlar və proqram təminatı hazırlanmış və Naftalan şəhər ərazisində Muradxanlı NQÇİ-yə məxsus kəşfiyyat quyusunda tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər, Paşayev Fərhad)
7. DSMF-də "Veb-texnologiya əsasında sığortaedənlərlə DSMF arasında hesabat sənədlərinin elektron mübadiləsi” sisteminin yaradılması və tətbiqi.
Proqram təminatı və hesablama alqoritmləri işlənmiş, Dövlət Sosial Müdafiə Fondunda tətbiq edilmişdir.
(Əhmədov Firudin (Kibernetika institutu), İbrahimov O. (DSMF))
8. "DSMF-nın yerli orqanlarında fərdi uçot mütəxəssisinin avtomatlaşdırılmış iş yeri” proqram təminatının təkmilləşdirilməsi və yeni versiyasının tətbiqi.
Proqram təminatını və hesablama alqoritmləri işlənmiş, Dövlət Sosial Müdafiə Fondunda tətbiq edilmişdir.
(Əhmədov Firudin (Kibernetika institutu), İbrahimov O. (DSMF))
9. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) "Sığortaolunanların xəstəlik (əmək qabiliyyətini itirmə) müddətləri haqqında məlumatların toplanması və Fərdi şəxsi hesablar sisteminə daxil edilməsi” sisteminin yaradılması və tətbiqi.
Proqram təminatı və hesablama alqoritmi işlənmiş və Dövlət Sosial Müdafiə Fondunda tətbiq edilmişdir
(Əhmədov Firudin (Kibernetika institutu), İbrahimov O. (DSMF))
10. Azərbaycan Respublikası Mərkəzi Bankında Statistik Verilənlər Bazasının və Analitik Hesabatlılıq Sisteminin yaradılması və tətbiqi.
Proqram təminatı və hesablama alqoritmləri işlənmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankında tətbiq edilmişdir.
(Abdullayev Xanmurad (Kibernetika İnstitutu), Osmanov F. - (Mərkəzi Bank))
11. "Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi” üçün müqavilələrin uçotunun avtomatlaşdırılması kompüter proqramının yaradılması”.
Proqram təminatı və hesablama alqoritmləri işlənmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzndə tətbiq edilmişdir.
(Camalov Zeynal)
12. Sel-daşqın hadisələrinin torpaqların eroziyası proseslərinə təsirinin riyazi modellərinin yaradılması.
Riyazi modellər yaradılaraq Milli Aerokosmok Agentliyin Ekologiya İnstitutunun torpaq fondunun dəyişməsi proseslərinin proqnozlaşdirilmasına tətbiq olunmuşdur.
(Həsənov Allahverdi)
13. Mürəkkəb konfiqurasiyalı rezervuarların avtomatik dərəcələmə sistemi.
Sistemin hazırlanması və metroloji təminatının işlənməsi yerinə yetirilmiş, Bakı Neft Bazasında tətbiq edilmişdir.
(İsayev Məzahir)
14. Toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinq intellektual-informasiya sistemi (dəm qazı ilə zəhərlənmənin timsalında).
Ekspert sistemi yaradılmış və Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasında tətbiq edilmişdir.
(Abdullayeva Gülçin)
15. Biopolimerlərlə zəhərlənmələrin diaqnostikası və müalicə alqoritminin informasiya sistemi (zootoksinlər üzrə).
Ekspert sistemi yaradılmış və Bakı şəhəri 1 saylı klinik xəstəxananın toksikologiya şöbəsində tətbiq edilmişdir.
(Abdullayeva Gülçin)
16. Ortopediyada məsləhətçi-ekspert sisteminin işlənməsi.
İşin 2011-2014-cü illər ərzində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 2012-ci ildə məlumat bazaları yaradılmış və Səhiyyə Nazirliyinin Travmotologiya və Ortopediya ETİ-də tətbiq edilmişdir.
(Abdullayeva Gülçin)
17. "Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin Nərimanov-Nizami xidmət bölməsi işçilərinin əmək haqlarının hesablanmasının avtomatlaşdırılması” kompüter proqramının yaradılması”.
Proqram təminatı və hesablama alqoritmləri işlənmiş, Bakı şəhəri Üzrə Təhsil İdarəsinin Nərimanov-Nizami xidmət bölməsində tətbiq edilmişdir.
(Camalov Zeynal)
II. PLANDAN ƏLAVƏ TƏTBİQ OLUNAN İŞLƏR:
18. Fövqəladə hallarda obyektlərin və regionların mühafizəsinin idarə olunmasının avtomatlaşdırılması üçün riyazi modellərin və informasiya texnologiyalarının yaradılması.
Elmi-tədqiqat işinin nəticələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasında həm elmi-tədqiqat işlərində, həm də tədris prosesində istifadə olunur.
(Sadıqov Əminağa)
19. Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin və informasiya texnologiyalarının yaradılması.
İşin nəticələri Lənkəran Dövlət Universitetində tədris prosesində tətbiq edilmişdir.
(Sadıqov Əminağa)
20. Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin və informasiya texnologiyalarının yaradılması.
İşin nəticələri Lənkəran Regional Elmi Mərkəzində istifadə olunur.
(Sadıqov Əminağa)
21. Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin və informasiya texnologiyalarının yaradılması.
İşin nəticələri Fövqəladə Hallar Nazirliyinin Akademiyasında tədris prosesində və elmi-tədqiqat işlərində istifadə olunur.
(Sadıqov Əminağa)
22. Müəssisə Resurslarının planlaşdırılması sistemi.
Sistemin proqram təminatı və hesablama alqoritmləri hazırlanaraq aşağıdakı dövlət və özəl müəssisələrdə - Azərbaycan Respublikası Texniki Universitetində, Surakhani Oil Operation Company S.A. şirkətində, AzQtel şirkətində tətbiq olunmuşdur.
(Abdullayev Xanmurad)
-
30.09.2024
“Web of Science” elmmetrik bazasından səmərəli istifadə ilə bağlı vebinarlar keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
23.09.2024
ED 1.20 Dissertasiya Şurasının elmi seminarı keçiriləcək