2013-cü ildə AMEA Kibernetika İnstitutu tərəfindən 15 (plan üzrə 12 iş, plandan əlavə 3 iş) elmi-tədqiqat işi tətbiq edilmişdir:
I. PLAN ÜZRƏ TƏTBİQ OLUNAN İŞLƏR:
1. Ştanqlı nasos qurğulu quyuların Robust-Noise monitorinq (RNM) nəzarət, diaqnostika və idarəetmə sistemi hazırlanmış və AzNeft İB-nin Bibiheybət mədənində 35 obyektində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər)
2. Ştanqlı nasos qurğulu quyuların vattmetroqramlarının qurulması işinin neftqazçıxarma mədənində tətbiqi sistemi hazırlanmış və AzNeft-də tətbiq edilmşdir.
(Rzayev Asif, Quluyev Qəmbər)
3. Neftçıxarmanın mexaniki fondunun işinə nəzarət sistemi və proqram təminatı hazırlanmış və Şirvan əməliyyat şirkətinin 3 saylı neftqazçıxarma sahəsində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər)
4. Dəm qazı ilə zəhərlənmələrin diaqnostika və monitorinq intellektual-informasiya sistemi yaradılmış və Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasında tətbiq edilmişdir.
(Abdullayeva Gülçin)
5. Ortopediyada məsləhətçi-ekspert sistemi yaradılmış və Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya ETİ-da tətbiq edilmişdir.
(Abdullayeva Gülçin)
6. "Yerli orqanların Gəlirlər və Mühasibat bölmələri üçün hazırlanmış MAİ sistemi təkmilləşdirilmiş, sistemin funksionallığın artırılması üçün yeni modullar və proqram təminatı yaradılmış və Dövlət Sosial Müdafiə Fondunda tətbiq edilmişdir.
(Əhmədov Firudin)
7. Milli Arxiv Fondun Elektron Arxiv Sisteminin proqram təminatı hazırlanmış və Azərbaycan Respublikası Milli Arxiv İdarəsində tətbiq edilmişdir.
(Əliyev Elçin, Əsədova Pərvanə)
8. Dövlət Sosial Müdafiə Fondunun İnformasiya İdarəetmə Sisteminin fərdi şəxsi hesablar altsistemi təkmilləşdirilmiş və uçotda olan sığortaolunanların portal vasitəsilə məlumatlandırılması sisteminin proqram təminatı hazırlanmış və Dövlət Sosial Müdafiə Fondunda tətbiq edilmişdir.
(Əhmədov Firudin)
9. Kommersiya bankının kredit riskinin optimallaşdırılmasının riyazi modelləri yaradılmış, proqram təminatı hazırlanmış və Access və Express kommersiya banklarında tətbiq edilmişdir
(Sadıqov Əminağa)
10. Yanğın zamanı metropolitenin yeraltı qurğularında hava axınlarının hərəkətinin modelləşdirilməsi üzrə verilənlər bazası yaradılmış, ventilyasiya şəraitinin statistik təhlili aparılmış və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində tətbiq edilmişdir
(Sadıqov Əminağa)
11. Mürəkkəb həndəsi formalı rezervuarların avtomatlaşdırılmış dərəcələmə sistemi yaradılmış və Azərbaycan Dövlət Neft Şirkətində tətbiq edilmişdir
(İsayev Məzahir)
12. Torpaq sürüşmələri və uçqunlar nəticəsində coğrafi ərazinin torpaq fondunun dəyişməsi proseslərinin proqnozlaşdırılması üzrə proqram təminatı hazırlanmış və Şəki Regional Elmi Mərkəzində tətbiq edilmişdir.
(Həsənov Allahverdi)
II. PLANDAN ƏLAVƏ TƏTBİQ OLUNAN İŞLƏR:
13. Qrunt suları dinamikasının uzunmüddətli proqnozu üçün riyazi modellər işlənmiş, nəticələrin torpaq sürüşmələri proseslərinin öyrənilməsinə tətbiqi üzrə hesabat alqoritmləri yaradılmışdır və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat birliyinin "Hidromellorativ sistemlərin istismarı” laboratoriyasında aparılan elmi-tədqiqat işlərində istifadə olunmaq üçün qəbul edilmişdir.
(Həsənov Allahverdi)
14-15. Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları yaradılmışdır və Azərbaycan Respublikasının Ekologiya və təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda və Şəki Regional Elmi Mərkəzində tətbiq edilmişdir.
(Sadıqov Əminağa)
-
30.09.2024
“Web of Science” elmmetrik bazasından səmərəli istifadə ilə bağlı vebinarlar keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
23.09.2024
ED 1.20 Dissertasiya Şurasının elmi seminarı keçiriləcək