2010-cu ildə AMEA Kibernetika İnstitutu tərəfindən 21 (plan üzrə 17 iş, plandan əlavə 4 iş) elmi-tədqiqat işi tətbiq edilmişdir:
I. PLAN ÜZRƏ TƏTBİQ OLUNAN İŞLƏR:
1. Ölkənin iqtisadiyyatı və ekologiyasına böyük miqyasda zərər vura bilən obyektlərdə qəzaların proqnozlaşdırılmasını təmin edən informasiya texnologiyalarının yaradılması.
Qum adasında istismarı dayandırılmış 5 saylı quyu üzərində intellektual seysmoakustik telemetrik stansiya quraşdırılaraq işə salınmışdır.
2. Nasosların salınma dərinliyi çox olan quyular üçün əngəllərin analizi, robast spektral və korrelyasiya analizi texnologiyalarınin tətbiqi ilə diaqnostikası üçün proqramlar kompleksinin yaradılması.
Alqoritmlər kompleksi yaradılaraq "Şirvan-OİL”-da işçi sistemdə tətbiq edilmişdir.
3. Vatmetrik məlumatların mövqeli-binar və robast spektral və korrelyasiya analizi texnologiyaları ilə işlənməsinə əsaslanaraq məsafədən nəzarət və idarəetmə sisteminin yaradılması.
Sistem yaradılmış və sınaq nümunələri Qarasu əməliyyat şirkətinin neft mədənində tətbiq edilmişdir.
4. Yivli nasoslarla istismar olunan quyular üçün intellektual məlumat sisteminin yaradılması.
Sistemin texniki və proqram təminatı yaradılmış və laboratotiyada yoxlanılmışdır.
5. Ştanqlı dərinlik nasosları və mərkəzdənqaçma nasosları ilə istismar olunan quyular üçün intellektual məlumat sisteminin yaradılması.
Sistemin texniki və proqram təminatı yaradılmış və "Qarasu OİL”-da neft mədənində sınaq nümunəsinin tərkibində tətbiq edilmisdir.
6. Neftçıxarma obyektlərində avadanlıqların vəziyyətlərindəki mikrodəyişikliklərin ifrat tezlikli texnologiya və indikator sistemləri vasitəsi ilə aşkarlanması.
Neftçıxarma obyektlərində avadanlıqların vəziyyətlərindəki mikrodəyişikliklərin ifrat tezlikli texnologiya və indikator sistemləri vasitəsi ilə aşkarlanması üçün proqram təminatı işlənmiş və Şirvan OİL-da tətbiq edilmişdir.
7. Mancanaq dəzgahlarının işinə nəzarət sisteminin algoritmlərinin təkmilləşdirilməsi, yeraltı və yerüstü avadanlıqların nasazlıqlarının küy texnologiyaları əsasında proqnoz edilməsi.
Proqram təminatı işlənmiş, yoxlanılmış və Şirvan OİL-da ümumu sistemin tərkibində işə salınmışdır.
8. Neftçıxarma obyektləri üçün debitin təyininin təqribi üsullarının işlənməsi alqoritmlərinin yaradılması.
Nasosun yellənmə sayına, tipinə əsaslanan alqoritm işlənmiş və proqram tərtib edilmiş, Şirvan OİL-da tətbiq edilmişdir.
9. Yaradılmış nəzarət kompleksinin bir sıra neftçıxarma obyektlərində tətbiqinə müəlliflik nəzarəti.
Müəlliflik nəzarəti Balaxanı NQÇİ-də müntəzəm olaraq icra olunur.
10. Dəm qazından zəhərlənmələrin Verilənlər bazasının yaradılması
Dəm qazından zəhərlənmə hallarının qeydə alınması əsasında Verilənlər Bazası yaradılmış, testləşdirilmiş və Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına təhvil verilmişdir.
11. İsbata əsaslanan tibbdə intellektual informasiya sistemlərinin işlənməsi.
İsbata əsaslanan tibbdə intellektual informasiya sistemi tam hazırlanmış, sınaq müddətini müvəffəqiyyətlə keçmiş və Travmotologiya və Ortopediya xəstəxanasında istismara verilmişdir.
12. Azərbaycan və Türkmən xalı naxışlarının müqayisəli analizi və tanınması.
Azərbaycan və Türkmən xalı naxışlarına xas olan naxışların müqayisəli analizi aparılmış və uyğun Verilənlər Bazası yaradılaraq Azərbaycan Dövlət Xalça Muzeyinə təhvil verilmişdir.
13. «Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin Qaradağ-Səbail-Yasamal xidmət bölməsi işçilərinin əmək haqlarının hesablanmasının avtomatlaşdırılması» kompüter proqramının yaradılması.
"Əmək haqlarının hesablanmasının avtomatlaşdırılması» kompüter proqramı yaradılmış və Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin Qaradağ-Səbail-Yasamal Təhsil İdarəsində tətbiq edilmişdir.
14. "Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi” üçün kadr uçotunun avtomatlaşdırılması kompüter proqramının yaradılması.
"Kadr uçotunun avtomatlaşdırılması” kompüter proqramı yaradılmış və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tətbiq edilmişdir.
15. DSMF-də "Sığortaedənlərin mərkəzi qeydiyyat sistemi”nin yaradılması və tətbiqi.
"Sığortaedənlərin mərkəzi qeydiyyat sistemi” yaradılmış və DSMF-də tətbiq edilmişdir.
16. "Server məlumatları üzrə administratorun avtomatlaşdırılmış iş yeri – DSMF rayon şöbələri ilə mərkəz arasında qeydiyyat və maliyyə məlumatlarının mübadiləsi”.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə mərkəz arasında qeydiyyat və maliyyə məlumatlarının mübadiləsi məqsədi ilə "Server məlumatları üzrə administratorun avtomatlaşdırılmış iş yeri” proqram təminatı hazırlanmış və DSMF-da tətbiq edilmişdir.
17. Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçün "Əsas vəsaitlərin uçotu avtomatlaşdırılmış sistemi”nin hazırlanması.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçün "Əsas vəsaitlərin uçotu avtomatlaşdırılmış sistemi” prtoqram təminatı hazırlanmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyində tətbiq edilmişdir.
II. PLANDAN ƏLAVƏ TƏTBİQ OLUNAN İŞLƏR:
18. "Azərbaycanın əmək bazarının modelləşdirilməsi” mövzusunda elmi-tədqiqat işi.
"Azərbaycanın əmək bazarının modelləşdirilməsi” mövzusunda elmi-tədqiqat işinin əsas müddəaları, nəticə və təklifləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində aparılan elmi –tədqiqat işlərində istifadə olunmaq üçün qəbul edilmişdir.
19. "Azərbaycanın əmək bazarının modelləşdirilməsi” mövzusunda elmi-tədqiqat işi.
"Azərbaycanın əmək bazarının modelləşdirilməsi” mövzusunda elmi-tədqiqat işinin nəticələri Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na dair Tədbirlər Planında İqtisadı islahatlar Elmi-Tədqiqat İnstitutuna həvalə olunmuş tapşırıqların icrasında, o cümlədən həmin proqramın 2.39.5-ci bəndində nəzərdə tutulmuş "Dövlət və biznes strukturlarının sifarişləri əsasında məqsədli mütəxəssis hazırlığı mexanizminin işlənib hazırlanması”, bu tədqiqat çərçivəsində ali təhsilli kadrlara olan tələbatın müəyyənləşdirilməsində istifadə edilmişdir.
20. "Regionların sosial-iqtisadi inkişaf səviyyəsinin qiymətləndirilməsinin qeyri-səlis modeli” mövzusunda elmi-tədqiqat işi.
"Regionların sosial-iqtisadi inkişaf səviyyəsinin qiymətləndirilməsinin qeyri-səlis modeli” mövzusunda elmi-tədqiqat işinin elmi nəticələri "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na dair Tədbirlər planında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutuna həvalə olunmuş tapşırıqların icrasında, o cümlədən iqtisadi rayonların inkişaf reytinqinin qiymətləndirilməsində istifadə edilmişdir.
21. "Korporativ planlaşdırmanın qeyri-səlis modelləri” mövzusunda elmi-tədqiqat işi
"Korporativ planlaşdırmanın qeyri-səlis modelləri” mövzusunda elmi-tədqiqat işinin nəticələri "Azərsun Holdinq” MMC-nin istehsalat, satış və maliyyə sektorlarında tətbiq edilmişdir.
-
18.03.2025
ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək -
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
11.03.2025
ED 1.19 Dissertasiya Şurasının elmi seminarı keçiriləcək -
07.03.2025
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçiriləcək