2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutu tərəfindən 15 (plan üzrə 14 iş, plandan əlavə 1 iş) elmi-tədqiqat işi tətbiq edilmişdir:
I. PLAN ÜZRƏ TƏTBİQ OLUNAN İŞLƏR:
1. Ştanqlı dərinlik nasoslu quyularda asqıya düşən qüvvənin ekstremal qiymətlərinin təyin edilməsi alqoritmləri və proqram təminatı işlənilmiş və AzNeft İB-nin Bibiheybət mədənində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər)
2. Ştanqlı dərinlik nasoslu quyuların plunjer dinamoqramının qurulma alqoritmləri və proqram təminatı işlənilmiş və AzNeft İB-də tətbiq edilmşdir.
(Rzayev Asif, Quluyev Qəmbər)
3. Mexaniki fondun işinə nəzarət sistemi və proqram təminatı hazırlanmış və Şirvan əməliyyat şırkətinin 3 saylı neftqazçıxarma sahəsində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər)
4. Stanqlı dərinlik nasoslu quyuların mühərriyinin gücünün ölçülməsi analizi alqoritmləri və proqram təminatı işlənilmiş və AzNeft İB-nin Bibiheybət mədənində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər)
5. Vattmetroqramm və dinamoqramların birgə analiz alqoritmləri və proqram təminatı işlənilmiş və AzNeft İB-nin Bibiheybət mədənində tətbiq edilmişdir.
(Rzayev Asif, Quluyev Qəmbər)
6. Ortopediyada məsləhətçi-ekspert sistemi və Biliklər bazası yaradılmış və Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya ETİ-da tətbiq edilmişdir.
(Abdullayeva Gülçin)
7. Toksiki maddələrlə zəhərlənmə materialları üzərində biostatik üsulların Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində toplanmış arxiv materiallarının elektron versiyasının yaradılması, həkim tərəfindən aşkar edilmiş zəhərlənmə göstəricilərinin toplanması, sistemləşdirilməsi, təsnifatlaşdırılması və onların üzərində biostatistika üsullarının yoxlanılması və seçiminin əsaslandırılması (xəstəlik tarixçələri üzrə) aparılmış və AR Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsində tətbiq edilmişdir.
(Abdullayeva Gülçin)
8. "Əkinə yararlı sahələrdə torpaqların şorlaşmasının qarşısının almaq məqsədilə qrunt sularının səviyyəsinin idarə edilməsinə imkan verən modellərin və texnologiyaların yaradılması” üçün Proqram təminatı hazırlanmış və AMEA-nın Şəki Regional Elmi Mərkəzində tətbiq edilmişdir.
(Həsənov Allahverdi)
9. Əkinə yararlı sahələrdə torpaqların şorlaşmasının qarşısının alınması məqsədilə qrunt sularının səviyyəsinin idarə edilməsində drenaj-kollektor şəbəkəsindən istifadəyə imkan verən proqram təminatı hazırlanmış, modellər və texnologiyalar yaradılmış, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin "Hidromeliorativ sistemlərin istismarı” laboratoriyasında tətbiq edilmişdir.
(Həsənov Allahverdi)
10. Hökumət Ödəniş Portalının yaradılması üçün proqram təminatı hazırlanmış və Azərbaycan Respublikası Mərkəzi Bankında tətbiq edilmişdir.
(Abdullayev Xanmurad, Butayeva R. (İSİ), Qurbanlı V. (AMB)
11. Elektron Statistik Baza və Analitik Hesabatlılıq Sisteminin yaradılması (mərhələ 2) üçün proqram təminatı yaradılmış və Azərbaycan Respublikası Mərkəzi Bankında tətbiq edilmişdir
(Əsədova Pərvanə (İSİ), Cəfərov E. (AMB))
12. Dövlət Sosial Müdafiə Fondunda "Dövlət Sosial Müdafiə Fondu aparatı üçün Maliyyə mütəxəssisinin avtomatlaşdırılmış iş yeri” və "DSMF Aparatı fərdi uçot şöbəsi müfəttişinin avtomatlaşdırılmış iş yeri” alt sistemlərinin hazırlanması üçün proqram təminatı yaradılmış və DSMF-da tətbiq edilmişdir.
(Əhmədov Firudin (İSİ), Qocayev S. (DSMF))
13. «Bakı şəh. üzrə Təhsil İdarəsinin Nərimanov-Nizami xidmət bölməsi üçün işçilərin tarifləşməsinin avtomatlaşdırılması» kompüter proqramı yaradılmış və tətbiq edilmişdir.
(Camalov Zeynal)
14. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi üçün büllitenlərin uçotunun avtomatlaşdırılması kompüter proqramı yaradılmış və tətbiq edilmişdir
(Camalov Zeynal).
II. PLANDAN ƏLAVƏ TƏTBİQ OLUNAN İŞ:
15. «Kompressor aqreqatlarının idarəetmə və istismar etibarlığının təmin edilməsi metodlarının işlənməsi» işi ”28 may” adına NQÇİ-nin 2 saylı sıxıcı kompressor stansiyasında tətbiq edilmişdir.
(Həsənova A.)
-
18.03.2025
ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək -
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
11.03.2025
ED 1.19 Dissertasiya Şurasının elmi seminarı keçiriləcək -
07.03.2025
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçiriləcək