Azərbaycanda patent hüququ mövzusunda beynəlxalq seminar keçirilmişdir
04.12.2017 / XəbərlərNoyabrın 28-29-da Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük regional seminar keçirilmişdir.
Seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent hüququ şöbəsinin müdiri Marko Aleman açılış nitqi ilə çıxış etmişdir .
Seminarda komitə rəsmiləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının nümayəndələri, Rusiya, Belarus, Qazaxıstan, Moldova, Qırğızıstanı təmsil edən mütəxəssislər ilə yanaşı, Azərbaycanın digər dövlət qurumlarının əməkdaşları və biznes qurumlarının təmsilçiləri iştirak etmişdir.
AMEA İSİ-nin "Elmi-texniki informasiya və patent tədqiqatları ”şöbəsinin rəhbəri Əsədova Rəna da seminarda iştirak etmişdir.