AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib

20.01.2021 / Xəbərlər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştitak edirdilər. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclası açaraq 20 Yanvar hadisəsinin tarixi kökləri və başvermə səbəblərindən danışdı. O bildirdi ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda tarix boyu çox sayda şəhidlər verib. Lakin onun iradəsi sınmayıb və milli ruhu sarsılmayıb. 20 Yanvar hadisələri də göstərdi ki, xalqımız öz müstəqilliyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün savaşmaq əzmindədir. 20 Yanvar şəhidləri də öz həyatlarını qurban verərək bunu bir daha sübut etdilər. Ə.Sadıqov qeyd etdi ki, 20 Yanvar faciəsinə və Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətə ilk olaraq öz münasibətini və kəskin etirazını bildirən ümummilli lider Heydər Əliyev olmuşdur. Məhz Heydər Əliyev respublikamızın rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsinin siyasi və hüquqi qiyməti verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün geniş tədbirlər planı həyata keçirildi. Ümummilli liderin siyasi kursunun  layiqli davamçısı cənab İlham Əliyev də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutmuş, onların ailə üzvlərinə ardıcıl olaraq maddi və mənəvi dəstək göstərmişdir. Bu tədbirlər gənclərimizin yüksək vətənpərvəlik ruhunda tərbiyə olunmasına zəmin yaratmışdır. Məhz bu ruh Qarabağ uğrunda Vətən müharibəsində cənab Ali Baş Komandanın rəhbərliyi ilə ordumuza və xalqımıza inamlı qələbə qazandırmış, əsgər və zabitlərimizin Azərbaycanın haqq işi uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş məharətini bütün dünyaya nümayiş etdirmişdir. Ə.Sadıqov əmin olduğunu bildirdi ki, Azəbaycan xalqı və dövləti bundan sonra da Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini daim uca tutacaq, qazilərimizə isə hərtərəfli dəstək olacaq.


Sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, professorlar Allahverdi Həsənov, Nailə Musayeva, Qəmbər Quluyev, Fərhad Paşayev, dosentlər Tofiq Babayev, Gülçin Abdullayeva, Ədalət Paşayev, Rauf Qədimov, Rəna Əsədova, Rəşad Məstəliyev və başqaları çıxış edərək 20 Yanvar tarixinin səbəb və nəticələrindən bəhs etdilər, öz xatirələri ilə bölüşdülər, bu hadisələrin Azərbaycan xalqının başına gələn dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də xalqımızın azadlıq mübarizəsinin rəmzi, tariximizin qəhrəmanlıq salnaməsi olduğunu və xalqın yaddaşından heç vaxt silinməyəcəyini söylədilər. Vətən müharibəsində şəhid olmuş tələbələrindən söz açan professor Nailə Musayeva göz yaşlarına hakim ola bilmədi və tədbir iştirakçılarının hamısını kövrəltdi.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi