AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII Beynəlxalq konfransı keçirilir

24.08.2022 / Tədbirlər

24 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) işə başlayıb.

 

24-26 avqust tarixlərində davam edəcək tədbir idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və praktikantlar üçün elmi nəticələri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçün faydalı platforma rolunu oynayır. Hibrid formatda Bakı şəhərində keçirilən tədbirə 30-dək ölkənin tanınmış alimləri qatılıblar.

 

Konfransın açılış tədbirində çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib ki, Prezident cənab İlham Əliyevin elm, təhsil ixtisaslı kadr hazırlığı istiqamətində məqsədyönlü siyasətinin nəticəsi olaraq Azərbaycanda ölkənin davamlı iqtisadi-siyasi inkişafı üçün ixracyönümlü, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalı əsas məsələlərdəndir.

 

Nazir müavini qeyd edib ki, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” konfransı elmi-texniki kadrların hazırlanması, beynəlxalq əlaqələrin və əməkdaşlığın yaradılması, birgə elmi tədqiqatların və təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məqsədlərə xidmət edir. R.Rüstəmov Azərbaycanın alimlərin 2018 və 2020-ci illərdə “Web of Science” bazasına daxil olan sözügedən konfransın məqalələrinin sayına görə Cənubi Qafqaz ölkələri arasında 1-ci yerə çıxdığını vurğulayıb.

 

R.Rüstəmov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyi aydın şəkildə ifadə olunub. Qeyd edib ki, yaradıcı və innovativ cəmiyyətə aparacaq yolda rəqəmsal transformasiya əsas amillərdəndir. Məhz keçirilən tədbirin önəminə toxunaraq konfransın bəzi bölmələrinə təqdim olunan məqalələrin də birbaşa rəqəmsal realizasiyalarla bağlıolduğunun bildirib. R.Rüstəmov beynəlxalq tədbirdə aparılacaq müzakirələrin Azərbaycanda rəqəmsal transformasiyanın həyata keçirilməsi işinə töhfə verəcəyinə, sənaye və iqtisadiyyatın inkişafına dəstək göstərəcəklərinə əminliyini ifadə edib.

 

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Rusiya Elmlər Akademiyasının akademiki, P.P.Şirşov adına Okeanologiya İnstitutunun elmi rəhbəri Robert Niqmatulin, İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov çıxış ediblər. Çıxışlarda elmi nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi, optimallaşdırma və idarəetmənin aspektlərindən bəhs edilib, beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb.

 

Tədbir öz işinə sessiyalarla davam edib.

 

Qeyd edək ki, beynəlxalq konfransda ümumilikdə 293 məruzə dinləniləcək. Konfransın mövzularına “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, "Fazi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifkasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlər daxildir.

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi