AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasov AMEA-nın "Lev Landau döş nişanı" ilə təltif edilib

18.12.2025 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 31 oktyabr 2025-ci il tarixli qərarı ilə Süni İntellektin nəzəri və tətbiqi  sahəsində xidmətlərinə görə AMEA-nın "Lev Landau döş nişanı" ilə təltif edilib.

Azərbaycan elminin inkişafı və elmlə təhsilin inteqrasiyası istiqamətində xidmətləri olan  Ə.Abbasovun elmi-tədqiqat işlərinin əsas istiqaməti informasiya texnologiyaları və idarəetmə məsələlərinin həllinə yönəlib. Sözügedən sahələrə mühüm töhfələr bəxş etmiş akademikin rəhbərliyi ilə böyük həcmli informasiya şəbəkələrində qeyri-səlis axtarış metodları və alqoritmləri işlənib hazırlanmış, böyük verilənlər və dərin öyrənmənin köməyi ilə az linqvistik rəqəmsal resurslu təbii dilin emalı, o cümlədən maşın tərcüməsi, nitqin analizi və başa düşülməsi metodları işlənmiş və Azərbaycan dili üçün tətbiq edilmişdir. Görkəmli alim Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, yeni texnologiyaların, e-hökümət həllərinin tətbiqində və genişzolaqlı şəbəkə xidmətlərinin və İKT üzrə insan resurslarının inkişafında BMT müvafiq qurumlarının istinad etdiyi diqqətəlayiq nəticələr əldə etmişdir.

Qeyd edək ki, görkəmli rus alimi, Nobel mükafatı laureatı Lev Landaunun adını daşıyan döş nişanı fizika və riyaziyyat elmlərinin inkişafına xüsusi töhfə verən alimlərə təqdim olunur.

İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından informasiya texnologiyaları və idarəetmə sahəsinə mühüm töhfələr bəxş edən akademik Əli Abbasovu təbrik edir, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq!

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi