Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin təntənəli iclası keçirilib
09.03.2021 / XəbərlərBeynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) təntənəli iclası olmuşdur. Keçirilən iclasda Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) prezidenti, geologiyamineralogiya elmləri doktoru, professor Elçin Xəlilov, AMEAnın və BEA-nın tanınmış alimləri, AMEAnın akademikləri Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin fəxri prezidenti, Azərbaycan Respublikası Milli Məclisi nin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, AMEA prezidentinin müşaviri akademik Əli Abbasov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitseprezidenti, filologiya elmləri doktoru, professor Çingiz Hüseynzadə, BEA AB-nin vitse-prezidenti professor Məhbubə Vəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, BEA ABnin akademiki, professor Ədalət Muradov, Azərbaycan Respublikası Nazirlər Kabineti “Sənaye və Energetika” şöbəsinin müdiri, BEA AB-nin akademiki, professor Elşən Hacızadə, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbacan Respunlikasını akademiki, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan
Standartlaşdırma İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Namiq Tağıyev, BEA ABnin akademiki, coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Şöhrət” ordeni laureatı Şövqi Göyçaylı, BEA ABnin akademiki, professor, ictimaisiyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Azərbaycan Tibb Universitetinin prorek toru, Türk Beynəlxalq Tibb Akademiyasının üzvü, Azərbaycanın Əməkdar Elm xadimi, professor Sabir Əliyev, BEA ABnin akademiki, Azərbaycan Res publikasının Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev, “Azərbaycanım” beynəl xalq jurnalının təsisçisi və baş redaktoru, BEA-nın Fəxri Akademiki Emil Nəsirli, BEA-nın yüksək mükafatı “Qızıl döş nişanı” laureatı, Ensiklopediya Nəşriyyatının direktoru Fikrət Nağıyev, tanınmış rəssammodelyer, əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, Moldova İctimai Palatasının sədri Aure liya Qriqoriu və digər görkəmli alimlər, ictimai xa dimlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Beynəlxalq Elmlər Akademi yasının Azərbaycan Bölməsinin Prezidenti professor Elçin Xəlilov açıb və iştirakçılara məlumat verib ki, Beynəlxalq Elmlər Şurası Beynəlxalq Elmlər Akademiyası 1984cü ildə iki dəfə Nobel mükafatı laureatı Linus Paulingin təşəbbüsü ilə yaradılıb və onun təsisçiləri dünya miqyasında görkəmli siyasi və ictimai xadimlər olan 119 Nobel mükafatı laureatıdır. Professor Elçin Xəlilov xatırladıb ki, BEA Azərbaycan Bölməsi Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəstəyi ilə yaradılıb. Hazırda Beynəlxalq Elmlər Akademiyasının prezidenti olan Valter Kofler BEA-nın yüksək mükafatı “Qızıl döş nişanı”nı və BEA-nın Fəxri akademiki diplomuna layiq görülməsinin təqdimat mərasimində Heydər Əliyevlə görüşmək şərəfinə nail olub. Bu nunla bağlı məlumat “Heydər Əliyev müka fatı” Dövlət kitabına yerləşdirilib. BEA ABnin təsisçiləri Milli Azərbaycan Akade miyası, Milli Aviasiya Akademiyası ilə ya naşı,bütün dövlət universitetləri və Azərbaycanın nüfuzlu tədqiqat təşkilatlarıdır. BEA ABnin ilk fəxri prezidenti təsis yığıncağında akademik Cəlal Əliyev seçilib. Daha sonra Milli Məclisin sədri, professor Murtuz Ələsgərov və akademik Ziyad Sə mədzadə Fəxri prezident seçiliblər.
BEA AB-nin Prezidenti professor Elçin Xəlilov daha sonra tədbir iştirakçılarına akademik Ziyad Səmədzadəni 80 illik yubileyi münasibətilə təntənəli təbrik müraciətinin qəbul olunduğunu bildirib və Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik, professor Valter Koflerin akademik Ziyad Səmədzadəyə ünvanladığı təbrik məktubunun mətnini təqdim edib. Azərbaycan elminin ən qabaqcıl nümayəndəsi olan akademik Ziyad Səmədzadənin zəngin fəaliyyətindən bəhs edən professor Elçin Xəlilov ona Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının “Sərhədsiz Elm” Qızıl Medalını (Almaniya, Münhen) təqdim edərək bir daha BEA AB-nin bütün üzvləri adından yeni elmi yaradıcılıq uğurları arzulayıb.
Fəxri prezident, AMEA və BEA-nın akademiki Ziyad Səmədzadə tədbir iştirakçılarını salamlaya raq bildirib ki, dünya təcrübəsinə görə məhz bazar iqtisadiyyatı şəraitində azad rəqabətə imkan yarat maqla, dövlət sektoru ilə yanaşı, özəl sektorun for malaşdırılması və onun imkanlarından istifadə etməklə iqtisadi inkişafa, ölkənin tərəqqisinə nail olmaq mümkündür. Daha sonra akademik Ziyad Səmədzadə son dövrlərdə Azərbaycan elminin qar şısında duran vəzifələrdən geniş bəhs edib, BEA ABnin bu istiqamətdə fəaliyyətini yüksək qiymət ləndirdiyini bildirib. Həmçinin ona 80 illik yubileyi münasibətilə arzularını dilə gətirən, onun fəaliy yətinə layiqli qiymət verən tədbir iştirakçılarına, BEA-nın rəhbərliyinə, üzvlərinə minnətdarlığını bəyan edib.
Tədbirdə çıxış edən Beynəlxalq Elmlər Akademi yasının Azərbaycan Bölməsinin tanınmış simaları olan AMEA prezidentinin müşaviri akademik Əli Abbasov, AMEA Yer Elmləri Bölməsinin akademik katibi Pərviz Məmmədov, Azərbaycan Milli Olim piya Komitəsinin vitseprezidenti, filologiya elmləri doktoru, professor Çingiz Hüseynzadə, BEA ABnin vitseprezidenti professor Məhbubə Vəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, BEA AB nin akademiki, professor Ədalət Muradov, Azərbaycan Respublikası Nazirlər Kabineti “Sənaye və Energetika” şöbəsinin müdiri, BEA ABnin akademiki, professor Elşən Hacızadə, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbacan Respublikasının Auditorlar Palatasının sədri, BEA AB-nin akademiki, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru professor Namiq Tağıyev və baş qaları vurğulayıblar ki, genişmiqyaslı araş dırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosialiqtisadi inkişaf pro blemlərinin öyrənilməsinə sanballı töhfələr vermiş tanınmış elm xadimi, Milli Məclisin deputatı
“Şöhrət” və “Şərəf” ordenli, akademik Ziyad Səmədzadənin elmi və ictimai siyasi fəaliyyətihər zaman yüksək qiymətləndirilib. Çıxış edən iştirakçılar həmçinin akademik Ziyad Səmədzadənin dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən alim kimi zəngin fəaliyyətinin hər zaman dövlətin və xal qın tələblərinə cavab verdiyini xüsusi vurğulayaraq, mənalı ömür yolunun 80ci pilləsinə qədəm qoymuş alimin bu gün də yorulmadan yazıbyaratmasını, parlamentdə və cəmiyyətdə fəallığı ilə daim seçildi yini, elmi çevrələrdə Azərbaycanda iqtisad elminin ağsaqqalı kimi qəbul olunduğunu fərəh hissi ilə təd bir iştirakçılarının nəzərinə çatdırıblar.
Tədbirdə çıxış edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, BEA-nın Fəxri akademiki Emil Nəsirli akademik Ziyad Səmədzadəyə “Azər baycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azər baycanın Qüruru” qızıl ordenini təqdim edib. Ziyad Səmədzadənin qeyd olunan mükafata layiq görülməsi münasibətilə bir daha “Azərbaycanım” beynəl xalq jurnalının Redaksiya Şurası və jurnalın kollektivi adından alimi təbrik edən Emil Nəsirli, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzulayıb.
Tədbir Beynəlxalq Elmlər Akademıyasının seçılmış akademıklərınə və müxbır üzvlərınə dıplomların təqdım olunması ilə davam edib.
BEA AB-in yeni həqiqi üzvləri seçilmiş Azər baycan Dövlət İqtisad Universitetin rektoru, Rusiya Təbiət Akademiyasının Akademiki, iqtisadiyyat elm ləri doktoru, professor Muradov Ədalət Cəlal oğ luna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat “Mamalıq və Ginekologiya” İnstitu tunun direktoru, “Ginekologiya və Perinatologiya nın inkişafına dəstək” Assosiyasiyasınin Prezidenti, professor Qurbanova Cəmilə Fazil qızına, Azər baycan Standartlaşdırma İnstitutunun baş direktoru, professor Tağıyev Namiq Faiq oğluna, M.Topçuba şov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Ağayev Rauf Maqsud oğluna, Azərbaycan Tibb Universitetinin prorektoru, Türk Beynəlxalq Tibb Akademiyasının üzvü, Azərbaycanın Əməkdar Elm xadimi, professor Əliyev Sabir Cahan oğluna, xaricdə yaşayan Azər baycan alimi BEA AB-nin akademiki, Amxirst Təhlükəsizlik İnstitutunun üzvü (ABŞ), hüquq elmləri doktoru Kamal Makili Əliyevə BEA-nın həqiqi üzvü diplomları təqdim olunub.
Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti,rəssammodelyer, əməkdar incəsənət xadimi Xələfova Fəxriyə Rafiq qızına, Elmi Tədqiqat “Mamalıq və Ginekologiya” İnstitu tunun elmi işçisi, ABŞ-da International Infection Diseases (ISID) təşkilatının üzvü, “Ginekologiya və Perinatologiyanın inkişa fına dəstək” Assosiyasiysınin neonatoloqiya üzrə eksperti, “Muasir Ginekologiya və Pe rinatologiyanın aktual məsələləri” jurnalı nın elmi redaktoru, tibb üzrə fəlsəfə doktoru Əlizadə Səmayə Fərzulla qızına, Elmi Təd qiqat “Mamalıq və Ginekologiya” İnstitutunun elmi işçisi, “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək” Asso siasiyasının, Amerika Beynəlxalq Tədqiqat çılar Assosiasiyasının (ABŞ) və Beynəlxalq İnkişaf və Tolerantlıq Assosiasiyasının (Ya poniya) üzvü, tibb üzrə fəlsəfə doktoru Hüseynova Səadət Arif qızına BEA AB-nin müxbir üzvü diplomları
təqdim edilib. Tədbirdə Moldova İctimai Palatasının sədri, ictimai xadim, dövlət idarəetmə və hüquq üzrə magistr Aureliya Andreyevna Qriqoriuya BEA ABnin xarici müxbir üzvü diplomu təqim olunub. Qeyd olunan diplomları sahiblərinə təntənəli ic lasda BEA ABnin Fəxri prezidenti akademik Ziyad Səmədzadə təqdim edib.
Daha sonra tədbir iştirakçıları tərəfindən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq strate giyasının həyata keçirilməsinə uyğun olaraq BEA ABnin fəaliyyətinin əsas istiqamətlərinin müzakirəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.