Asəf Hacıyev Dhaka universitetinin Fəxri Diplomuna layiq görülmüşdür
06.04.2017 / XəbərlərAMEA-nın İdarəetmə İnstitutunun "İdarəetmənin nəzəri problemləri” şöbəsinin müdiri, akademik Asəf Haciyev Dhaka universitetinin (Banqladeş) dəvəti ilə 31 Mart - 3 Aprel 2017-ci il tarixlərində orada «Ehtimal nəzəriyyəsinin müasir problemləri» mövzusunda muhazirələr demiş və birgə araşdırmaların aparılmasını müzakirə etmişdir.
Dhaka universiteti dünyanın ən böyük universitetlərindən biridir və universitetin prezidenti Banqladeşin prezidenti - Dr.Abdul Hamiddir. Akademik Asəf Hacıyev universitetin vitse-prezidenti Prof.Arefin Sidque və dekan Prof. Şibli Rubayat ilə görüşmüş və universitetin Fəxri Diplomuna layiq görülmüşdür.