Gəncə Dövlət Universitetində HOROZİN 2020 mövzusunda prezentasiya keçirildi
23.05.2018 / XəbərlərGəncə Dövlət Universitetinin dəvəti ilə 23 may 2018-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici Əqələr və İnnovasiya şöbəsinin rəhbəri, HORİZİN 2020 proqramının Qanunvericilik və Maliyyə aspekti üzrə Milli təmsilçi (Legal&Financial NCP HORIZON 2020) T. Babayev GDÜ-də HOROZİN 2020 mövzusunda treninq keçirdi. Treninqdə Gəncə Dövlət Universitetinin professor, müəllim və magistrantları iştirak etdilər. T. Babayev öz çıxışında Avropa komissiyasının elmi tədqiqat və innovasiya çərçivə proqramı haqqında, o cümlədən: AB-nin Çərçivə Proqramlarının tarixı, Avropa 2020 Yeni strategiyası, HORIZON 2020 Çərçivə proqramı barədə qeniş məlumat verdi.
Eyni zamanda dinləyicilər HORIZON 2020-də Kimlər və necə iştirak edə bilər, Azərbaycan təşkilatlarının H2020-də iştirakı və gələcək imkanlar, HORİZON 2020-nin 2018–2020-ci illər üçün İş Proqramı ilə yaxından tanış oldular. Treninqin iştirakçılarının suallarına ətraflı cavab verilmiş və onlara HORİZON 2020-yə aid materiallar paylanmışdı. Xüsusi olaraq HORİZON 2020-nin 2018-2020-ci illər işçi proqramı müsabiqəsində iştirakı ilə əlaqədar alimlərə yeni tövsiyələr verildi. Həmçinin tədbirdə T. Babayeva treyninqda fəal iştraka görə Gəncə Dövlət Universitetı rektor prof. Yusif Yusubov tərəfindən təşəkkürnamə sertifikatı təqdim olunmuşdur.