Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Babil lövhəsində tətbiqi həndəsədən istifadə edilmənin ən qədim nümunəsi tapılıb

07.08.2021 / Xəbərlər

Babil lövhələrindən birində Mesopotamiyanın qədim əhalisinin Pifaqora qədər triqonometriyanın əsaslarını bilməsinə dair sübut tapılıb. Tədqiqatın nəticələri “Foundations of Science” jurnalında dərc edilib.

Tədqiqatın müəllifi Deniel Mansfildin sözlərinə görə, lövhə qədim Babil dövrünün kadastr sənədi təsəvvürünü yaradır. Lövhədə satışdan sonra bir neçə hissəyə bölünmüş ərazinin hüquqi və həndəsi təsviri verilib.

Mansfild fransız arxeoloqların XIX əsrin sonunda İraqın mərkəzində tapdıqları Si.427 lövhəsini tədqiq edib. Lövhədəki mətndə müəyyən sahə təsvir olunur. Sahənin mübahisə edən sahibləri – kişi və qadın onu iki hissəyə ayırmağa çalışmışlar.

Riyaziyyatçı hesab edir ki, bu sənədin nədən ötrü olduğunu və orada yazılan rəqəmlərin mənasını digər lövhə - 5 il əvvəl tədqiq etdiyi Plimpton 322 sayəsində öyrənib. Rəqəmlərdən ibarət həmin lövhə tarixdə ilk triqonometrik cədvəl təsəvvürü yaradıb.

Sonra tədqiqatçı diqqət yetirib ki, Si.427 lövhəsinin müxtəlif hissələrində rəqəmlər Plimpton 322 lövhəsində olanlarla üst-üstə düşüb. Bunlar “Pifaqor” üçlüyü – düzbucaqlı üçbucağın tərəfləri ola bilən ədədlər yığını olub.

Bu cür uyğunluq Mansfildi belə bir fikrə yönəldib ki, ikinci lövhə özünəməxsus “şparqalka” olub: o, yazanlara sahələrin həndəsi formasını müəyyənləşdirməyə və üçbucaqlara bölməklə onların sahəsini hesablamağa kömək edib. Alimin fikrincə, bu, Mesopotamiyada şəxsi mülkiyyət meydan gəldikdən sonra şumluq torpaq sahəsinin ölçülməsi zamanı aidiyyəti qurumun daim problemlərlə qarşılaşması nəticəsində meydana gəlib.

Riyaziyyatçı deyib: “Hesab edilir ki, triqonometriyanı eramızdan əvvəl ikinci əsrdə qədim yunan astronomları icad etmişlər. Bu lövhənin analizi göstərir ki, babillilər onları qabaqlamışlar”.

Hazırda Mansfild qədim Babil əhalisinin riyaziyyatın bu qəribə formasından necə istifadə etdiklərini tapmaq ümidilə həmin dövrün gil lövhələrinin fotolarını araşdırır. Tədqiqatçının fikrincə, bu axtarış ona nəinki öz nəzəriyyəsini təsdiqləməyə, həm də Si.427 lövhəsində indiyədək qaranlıq qalan bir neçə rəqəm kombinasiyasının mənasını aydınlaşdırmağa kömək edəcək.

AzərTac

Tweet
ELANLAR
  • 07.09.2022
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
  • 20.07.2022
    “Mustafa Mükafatı” 2023-cü il üzrə namizədlərin qəbulunun elan edilib
  • 20.07.2022
    Cənubi Koreyada GIST Beynəlxalq Təqaüdləri elan edilir
  • 20.07.2022
    Azərbaycanlı tələbələr üçün DAAD doktorantura və tədqiqat təqaüdləri elan edilib
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu